Murad Cabbarlı

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:48, 5 may 2021 tarixli redaktə
Murad Cabbarlı
Cabbarlı Murad Qorxmaz oğlu
Murad Cabbarlı, 2009-cu il.
bayraqŞəki şəhər İcra hakimiyyətinin başçısıbayraq
21 aprel 2010 — 23 may 2011
Sələfi Nazim İbrahimov
Xələfi Elxan Usubov
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1960 (1960-05-05) (63 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, fəlsəfə fakültəsi, elmi kommunizm ixtisası

Murad Cabbarlı — fəlsəfə elmləri namizədi, pedaqoq və tanınmış iş adamı, Şəki şəhər İcra hakimiyyətinin sabiq başçısı.

Haqqında məlumatlar

5 may 1960-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini (elmi kommunizm ixtisası üzrə) bitirib.

Elmi fəaliyyəti

Fəlsəfə elmləri namizədidir.

Əmək fəaliyyəti

1977-ci ildən A.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında əmək fəaliyyətinə başlayıb.

1983 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim,

1991 – 1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləyib.

1992 – 1994-cü illərdə Moskva şəhərində “Soyuzvneştorq” istehsal-ticarət birliyinin baş direktorunun müavini,

1994 – 1996-ci illərdə “Neftemaşimpeks” SC-də kommersiya işləri üzrə direktor,

1996 – 1998-ci illərdə “Texnotsentr-5” MMC-nin direktor müavini vəzifələrində çalışıb.

1998 – 2000-ci illərdə Bakı şəhərində “Şəms-R” elm-istehsalat şirkətində baş direktorun müavini,

2000 – 2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim,

2002 – 2006-cı illərdə əvəzçilik qaydasında “Savalan” ATSC idarə heyətinin sədri,

2006–2008-ci illərdə “ADA-Mülkiyyət” MMC-nin direktoru,

2008-ci ildə “Şəki Aqro İndastris” MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini,

2008 – 2010-cu illərdə “Şəki Kərpic” MMC-nin direktoru,

2010 – 2011-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı olub.

Ailəsi

Ailəlidir, bir övladı var.

Şablon:Yaxşı məqalə