Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Murad Mahmudov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Murad Mahmudov
Mahmudov Murad Mahir oğlu
Murad Mahmudov
Murad Mahmudov.
Doğum tarixi 12 aprel 1995(1995-04-12)
Doğum yeri Çayqaraqoyunlu, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 9 oktyabr 2020 (25 yaşında)
Vəfat yeri Talış – Suqovuşan yaxınlığında, Tərtər rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Çayqaraqoyunlu kəndinin kənd qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Uşaqları Damla (d. 2017), Aysu (d. 2020)
Atası Mahir
Anası Sahibə
Həyat yoldaşı Əsmər Mahmudova
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Suqovuşanın azad olunmasına görə" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021

Murad Mahmudov (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar

12 aprel 1995-ci il tarixdə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.

Təhsili

2002 – 2013-cü illərdə Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb.

Əmək və hərbçi fəaliyyəti

2013 – 2015-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2015 – 2019-cu illərdə müxtəlif mülki işlərdə çalışıb.

2019-cu ilin avqust ayından yenidən hərbi xidmətə keçib.

Şəhid olması

9 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Suqovuşanda gedən döyüşdə qəhrəmancasına həlak olub.

10 oktyabr 2020-ci il tarixdə Çayqaraqoyunlu kəndinin qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə beş qardaş olublar. Ailəli idi və şəhid olarkən iki qızı vardı.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 29 Dec 2020 - 16 Feb 2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : MURAD Mahir oğlu Mahmudov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video