Musa İslamov
Musa İslamov | |
---|---|
Musa İsa oğlu İslamov | |
Fayl:Musa İslamov.JPG | |
Doğum tarixi | 1923 |
Doğum yeri | Baş Göynük, Şəki rayonu |
Vəfat tarixi | 3 yanvar 2002 |
Vəfat yeri | Baki |
İslamov Musa İsa oğlu - filologiya elmləri doktoru, professor.
Haqqında məlumatlar
1923-cu ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olub.
Təhsili
Baş Göynük kənd orta məktəbini bitirib.
1944 – 1949-cu illərdə ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil alıb.
1954-cü ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına qəbul olunub.
Əmək fəaliyyəti
Otuz ildən artıq Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri vəzifəsində işləyib.
Elmi fəaliyyəti
1961-ci ildə “Nuxa dialekti” mövzusunda namizədlik,
1973-cü ildə isə “Türk dillərində əvəzliklər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
100-dən çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 9 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.
Redaktorluğu və iştirakı ilə “Azərbaycan dilinin dialektoloji atlası” və ikicildlik “Azərbaycan dilinin dialektoloji lüğəti” hazırlanıb çapa verilib. Sovet dövründə hazırlanan “SSRİ-dəki türk dillərinin dialektoloji atlası”nın Azərbaycan üzrə icraçısı və Qafqaz zonası üzrə rəhbəri olub.
Elmi-ictimai aktivliyi
SSRİ EA Ədəbiyyat və Dil Şurasının,
Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdində Elmi-Metodik Şuranın,
Nəsimi adına Dilçilik İnstitutunun və
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Doktorluq Müdafıə Şurasının üzvü idi.
Musa İslamov 2000-ci ildə vəfat etmişdir.
Mənbə
- Məmmədov Ə., Xalıqov F. İslamov Musa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 582. — 1.000 nüsx.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1923-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 2002-ci ildə vəfat edənlər
- 3 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr