Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Musa İslamov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:57, 2 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Musa İslamov
Musa İsa oğlu İslamov
Fayl:Musa İslamov.JPG
Musa İslamov
Doğum tarixi 1924(1924-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Baş Göynük, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 3 yanvar 1999(1999-01-03) (75 yaşındı)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1944 – 1949)

Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu, aspirantura (1954 – )

Musa İslamov (1924 – 1999) — filologiya elmləri doktoru, professor; uzun müddət Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb.

Haqqında məlumatlar

1924-cu ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olub.

Təhsili

Baş Göynük kənd orta məktəbini bitirib.

1944 – 1949-cu illərdə ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

1954-cü ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına qəbul olunub.

Əmək fəaliyyəti

Otuz ildən artıq müddətdə Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri olub.

Elmi fəaliyyəti

1961-ci ildə “Nuxa dialekti” mövzusunda namizədlik,

1973-cü ildə isə “Türk dillərində əvəzliklər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

100-dən çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 9 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.

Redaktorluğu və iştirakı ilə “Azərbaycan dilinin dialektoloji atlası” və ikicildlik “Azərbaycan dilinin dialektoloji lüğəti” hazırlanıb çapa verilib. Sovet dövründə hazırlanan “SSRİ-dəki türk dillərinin dialektoloji atlası”nın Azərbaycan üzrə icraçısı və Qafqaz zonası üzrə rəhbəri olub.

Elmi-ictimai aktivliyi

Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdində Elmi-Metodik Şuranın,

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvü olub.

Vəfatı

3 yanvar 1999-cu il tarixdə – 75 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə