Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Mustafa Şərifov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:54, 30 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mustafa Şərifov
Şərifov Mustafa İsmayıl oğlu
Mustafa Şərifov
Mustafa Şərifov.
Digər adları Şərifov Mustafa ağa, Şərifov Mustafa bəy, Şarifov Yevgeni Mixayloviç
Doğum tarixi 1875(1875-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1938(1938-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (63 yaşında), yaxud 1952(1952-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (77 yaşında)[qeyd 1]
Həyat yoldaşları Doridnısı Anna İvanovna, Şərifova Sona xanım
Təhsili Xarkov Universiteti, tibb fakültəsi (–1899)
Mükafatları Əmək qəhrəmanı

Mustafa Şərifov (1875–1938) — tanınmış sanitar həkim, Əmək qəhrəmanı.

Haqqında məlumatlar

1875-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1899-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib.

Əmək fəaliyyəti

1901-ci ildə Cavanşir qəzasının həkimi,

1903-cü ildə Nuxa şəhərinin həkimi, sonra Cavanşir qəzasında kənd həkimi,

1913 – 1918-ci illərdə Bakıda rayon sanitar həkimi, şəhər dezstansiyasının müdiri, sanitar təşkilatın müdiri,

1918 – 1920-ci illərdə Bakı şəhəri tibb sanitar hissəsinin müdiri vəzifəsində işləyib.

1924-cü ildə Xalq Səhiyyə Komissarlığında sanitar-epidemioloji şöbənin müdiri idi[1].

1925 – 1936-cı illərdə Bakı şəhər səhiyyə idarəsi müdirinin müavini,

1936 – 1937-ci illərdə Əmək Gigiyeniyası və Peşə Xəstəlikləri İnstitutunun statistika şöbəsinin müdiri, daha sonra “Azneft” tibb-sanitar idarəsində müdir müavini vəzifəsində işləmişdir.

Təltif və mükafatları

Əmək qəhrəmanı” adı (1932).

Mülki rütbələri

Rusiya İmperiyası dövründə (ən geci 1911-ci ildən) saray katibi(ru) mülki rütbəsinə malik olub[2].

Digər

1897-ci ildə Anna İvanovna Doridnısi adlı xristian-provoslav qızla evlənmək üçün xristianlığın provoslavlıq təriqətini qəbul edib[2].

1905-ci ilin noyabrında Tiflisdə yaşayırdı; həmin vaxt Tiflisin müsəlman icması nümayəndələrinin toplantısında erməni provokasiyalarına qarşı qəti tədbirlər görmək və azərbaycanlılarla ermənilərin toqquşmasına yol verməmək üçün xüsusi komissiyanın yaradılması qərara alınmışdı. Mustafa Şərifov da həmin komissiyanın üzvü idi[3].

1910-cu ildə yenidən islam dininə qayıdıb və Anna Doridnısini boşayıb[2].

1912-сi ildə əmisi qızı Sona xanım Şərifova ilə evlənib[2].

Qeydlər

  1. Ədalət Tahirzadə Mustafa Şərifovun 1952-ci ildə (Tahirzadə Ə., 2012), Ənvər Mete isə 1938-ci ildə vəfat etdiyini göstərib (Mete Ə., 2008) (OTÖ, 2006). Ədalət Tagiszadə Şəki Ensiklopediyasına bildirdi ki, Mustafa Şərifovun 1952-ci ildə vəfat etməsi bərədə məlumatı Əli İnsanovun “Azərbaycan səhiyyəsinin tarixi” (2003) kitabından götürüb. Hesab edir ki, ola bilsin, Mustafa Şərifov repressiyaya məruz qalanlardan biri olub. Həmçinin əlavə etdi ki, Böyük Vətən müharibəsi dövründə Xarkov Universitetinin arxivi yandığına görə Mustafa Şabanovun təhsili ilə bağlı sənədləri əldə etmək mümkün olmayıb.

İstinadlar

Ədəbiyyat

  1. Определение Грузино-Имеретинского Синодальной Конторы : По делу врача Мустафы Ага-Шарифова производившемуся в Синодальной Конторы : [arx. 30.07.2021] : [rus.] // The National Parliamentary Library of Georgia. — 1916. — 20 октября. — 251–256. — Müraciət tarixi: 30.07.2021.
  2. Список медицинских врачей СССР : Мужчины - врачи : [arx. 30.07.2021] : [rus.] // Baku Pages. — 1924. — 20 октября. — Müraciət tarixi: 30.07.2021.
  3. Mete Ə. İlk azərbaycanlı sanitar həkim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  606. — Səh.: 330–331. — 500 nüsx.
  4. Mete Ə. Şərifov Mustafa İsmayıl oğlu // Loğmanlar. — Nurlan, 2008. — Səhifələrin sayı:  498. — Səh.: 172–173. — 500 nüsx.
  5. Tahirzadə Ə. Ali təhsil tariximizdən // Azərbaycan müəllimi : qəzet. — 2012. — В. 3 fevral. — № 5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Oct 2017 - 4 Jun 2021.
  6. Алиева И. Политическое и социальноэкономическое положение азербайджанцев Тифлисской Губернии (1846-1917). — Баку: Тахсил, 2009. — С. 95. — 154 с. — 500 экз. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 Mar 2016 - 7 Oct 2017.