Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Mustafa Şərifov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mustafa Şərifov
Şərifov Mustafa İsmayıl oğlu
Mustafa Şərifov
Mustafa Şərifov.
Digər adları Şərifov Mustafa ağa, Şərifov Mustafa bəy, Şərifov Yevgeni Mixayloviç
Doğum tarixi (4) 16 avqust 1875(1875-08-16)
Doğum yeri Yuxarı Əksibara (indiki Yuxarı Əskipara), Qazax qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi + 1939(1939-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Həyat yoldaşları Doridnısina Anna İvanovna, Şərifova Sona
Uşaqları Angelina və Aleksandr (A.İ.Doridnisinadan), Məryəm və İsmayıl (Sona Şərifovadan)
Təhsili Xarkov Universiteti, tibb fakültəsi (–1899)
Mükafatları Əmək qəhrəmanı

Mustafa Şərifov (1875–+1938) — 19-cu əsrin son rübündən 20-ci əsrin ortalarınadək indiki Azərbaycanın bir neçə bölgəsndə və Bakı şəhərində fəaliyyət göstərmiş tanınmış həkim. İlk azərbaycanlı sanitar həkimdir. Rusiya İmperiyası dövründə saray müşaviri(ru) (rus.: надворный советник) mülki məmur rütbəsinə malik olmuş, sovet dövründə Azərbaycan SSR əmək qəhrəmanı adı ilə təltif edilmişdir.

Haqqında məlumatlar

16 (4) avqust 1875-ci il tarixdə Qazax qəzasının Yuxarı Əksibara (indiki Yuxarı Əskipara) kəndində anadan olub.

Təhsili

1899-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib.

Əmək fəaliyyəti

1900 – 1901-ci illərdə İrəvan quberniyasının Şərur-Dərəliyəz qəzasında kənd həkimi,

1901 – 1904-cü illərdə Cavanşir qəzasının həkimi,

1904 – 1908-cü ildə Nuxa şəhərinin həkimi,

1908 – 1909-cü ildə Cavanşir qəzasında kənd həkimi,

1913 – 1918-ci illərdə Bakı Şəhər İdarəsi Tibb-Sanitariya bürosunda rayon sanitar həkimi, Bakı şəhərinin sanitar həkimi[qeyd 1], şəhər dezstansiyasının müdiri, sanitar təşkilatın müdiri,

1918 – 1920-ci illərdə əvvəl Bakı şəhər idarəsi səhiyyə şöbəsinin naziri[1], sonra Bakı şəhər tibb-sanitar hissəsinin müdiri[2],

1920 – 1922-ci illərdə Bakı İnqilab Komitəsi Səhiyyə Şöbəsində kollegiya üzvü, Bakı şəhər səhiyyə şöbəsi müdirinin müavini,

1922-ci ildən Bakı şəhər səhiyyə şöbəsinin müdiri,

1923 – 1924-cü illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında sanitar-epidemioloji şöbənin müdiri[3][4].

1924 – 1925-ci illərdə “Azərneft”in Tibb-Sanitariya İdarəsində kurort hissəsi müdirinin müavini,

1925 – 1931-ci illərdə Bakı şəhər səhiyyə idarəsi müdirinin müavini[qeyd 2],

1936 – 1937-ci illərdə Əmək və Peşə Xəstəlikləri Gigiyeniyası İnstitutunda statistika şöbəsinin müdiri vəzifəsində çalışıb[2][1].

Mülki rütbəsi

1908-ci ildə saray müşaviri(ru) mülki məmur rütbəsi alıb[1][5].

Təltif və mükafatları

Azərbaycan SSR əmək qəhrəmanı” adı (15.03.1932).

Digər

1897-ci ildə Anna İvanovna Doridnisina adlı xristian-pravoslav qızla evlənmək üçün xristianlığın pravoslavlıq təriqətini qəbul edib[5].

1905-ci ilin noyabrında Tiflisdə yaşayırdı; həmin vaxt Tiflisin müsəlman icması nümayəndələrinin toplantısında erməni provokasiyalarına qarşı qəti tədbirlər görmək və azərbaycanlılarla ermənilərin toqquşmasına yol verməmək üçün xüsusi komissiyanın yaradılması qərara alınmışdı. Mustafa Şərifov da həmin komissiyanın üzvü olub[6].

1910-cu ildə yenidən islam dininə qayıdıb və Anna Doridnisinanı boşayıb[5].

1912-сi ildə əmisi qızı Sona xanım Şərifova ilə evlənib[5].

1912-сi ildə Qafqaz müsəlman xeyriyyə cəmiyyəti üzvlüyünə namizəd olub[7].

Vəfatı

Vəfat tarixi məlum deyil. Ehtimal edilir ki 1939-cu ilədək həyatda olmuş, 1939-cu ildən sonra vəfat etmişdir.

Qeydlər

  1. 1914 və 1916-cı illərdə Bakı şəhərinin sanitar həkimi olması digər mənbələrdə də təsdiqini tapır (bax: Врачи Баку, 1914; Врачи Баку, 1916).
  2. 1926 və 1927-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında Bakı şəhər səhiyyə şöbəsinin müdirinin müavini vəzifəsində işləməsi digər mənbələrdə də təsdiqini tapır (bax: Народный Комиссариат Здравоохранения, 1926; Городская справочная и адресная книга, 1927).

İstinadlar

Ədəbiyyat

  1. Tahirzadə Ə. Ali təhsil tariximizdən // Azərbaycan müəllimi : qəzet. — 2012. — В. 3 fevral. — № 5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Oct 2017 - 4 Jun 2021.
  2. Mete Ə. İlk azərbaycanlı sanitar həkim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 330-331. — 500 nüsx.
  3. Mete Ə. Şərifov Mustafa İsmayıl oğlu // Loğmanlar. — Nurlan, 2008. — Səhifələrin sayı:  498. — Səh.: 172–173. — 500 nüsx.
  4. Врачи Баку. 1916 (rus.). https://ourbaku.com/ (1916). Müraciət tarixi: 30 iyul 2021. Arxivləşdirilib (30 iyul 2021).
  5. Врачи Баку 1914 год (rus.). https://ourbaku.com/ (1914). Müraciət tarixi: 30 iyul 2021. Arxivləşdirilib (30 iyul 2021).
  6. Весь Баку 1923 год. Адресный и справочный указатель. Наркомздрав : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1923. — 18 апреля. — Müraciət tarixi: 30.07.2021.
  7. Список медицинских врачей СССР : Мужчины - врачи : [arx. 30.07.2021] : [rus.] // Baku Pages. — 1924. — 18 апреля. — Müraciət tarixi: 30.07.2021.
  8. Здравоохранение. Народный Комиссариат Здравоохранения (1926) deadlink= (rus.). https://ourbaku.com/ (1926). Müraciət tarixi: 30 iyul 2021. Arxivləşdirilib (30 iyul 2021).
  9. Весь Баку. Городская справочная и адресная книга на 1927 год (rus.). https://ourbaku.com/ (1927). Müraciət tarixi: 30 iyul 2021. Arxivləşdirilib (30 iyul 2021).
  10. Определение Грузино-Имеретинского Синодальной Конторы : По делу врача Мустафы Ага-Шарифова производившемуся в Синодальной Конторы : [arx. 30.07.2021] : [rus.] // The National Parliamentary Library of Georgia. — 1916. — 18 апреля. — 251–256. — Müraciət tarixi: 30.07.2021.
  11. Алиева И. Политическое и социальноэкономическое положение азербайджанцев Тифлисской Губернии (1846-1917). — Баку: Тахсил, 2009. — С. 95. — 154 с. — 500 экз. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 Mar 2016 - 7 Oct 2017.
  12. Кавказский календарь на 1913 год : Кавказское мусульманское благотворительное общество : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1912. — 18 апреля. — Müraciət tarixi: 30.07.2021.
  13. Фотография первого санитарного врача Азербайджана Мустафы Шарифова в коллекции музея : [arx. 11.07.2022] : [rus.] // Национальный Музей Истории Азербайджана. — 2022. — 21 июня. — Müraciət tarixi: 15.11.2022.
  14. Mərdanov M, Tahirzadə Ə. ŞƏRİFOV Mustafa bəy İsmayıl ağa oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2023. — VIII  cild. — Səh.: 320 – 326.