Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mustafa Cabbarzadə

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 14:30, 1 iyul 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
......
Mustafa Cabbarzadə
Cabbarzadə Mustafa Cabbar oğlu
Mustafa Cabbarzadə
Mustafa Cabbarzadə.

Mustafa Cabbarzadə (1903–1963) — sovet dövrünün ortalarında Şəkidə tanınmış pedaqoqlardan biri olmuş və toxuculuq texnikumunun direktoru vəzifəsində çalışmış şəxs.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Mərkəzdə Əhmədbəy Tahirov. Sağdakı Mustafa Cabbarzadə, soldakı Qurban Abbasov. Ayaq üstə dayanan oğlanın Mustafa və Qurbanın qardaşı Süleyman, Əhmədbəy Tahirovun əlini çiyninə qoyduğu oğlanın isə onların kiçik qardaşları Məmməd olduğu ehtimal edilir.

1903-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1920-ci ildə Nuxada üç aylıq müəllimlər kursunu bitirib.

1923 – 1927-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1920 – 1923-cü illərdə Nuxa şəhər 7 №-li yeddiillik məktəbində əvvəl müəllim, sonra müdir,

1927-ci ildən, əvvəl Nuxa fəhlə fakültəsində, sonra Nuxa pedaqoji məktəbində müəllim,

1931 – 1933-cü illərdə Nuxa fəhlə fakültəsinin direktoru,

1933 – 1996-cı illərdə Bakı fəhlə fakültəsinin tədris hissə müdiri və müəllimi,

1936 – 1943-cü illərdə Bakı Elektrorabitə Texnikumunun tədris hissə müdiri və müəllimi,

1943 – 1954-cü illərdə Nuxa rayon xalq maarif şöbəsinin müdiri,

1954 – 1956-cı illərdə Nuxa şəhər 5 №-li məktəbinin direktoru,

1956-cı ildən ömrünün sonunadək Nuxa toxuculuq texnikumunun direktoru vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

1944-cü ildən Kommunist partiyasının üzvü olub.

Dəfələrlə şəhər partiya komitəsinin üzvü, şəhər və rayon Sovetlərinin deputatı seçilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1 iyul 1963-cü il tarixdə – 60 yaşında, ağır xəstəlikdən sonra Bakıda vəfat edib. Vəfatı münasibəti ilə Nuxada çap olunan “Lenin bayrağı” qəzetində Nuxa şəhər partiya komitəsinin birinci katibi Əbdülrəhim Məmmədovun, Nuxa şəhər sovetinin sədri İsmət Quliyevanın və digər vəzifəli şəxslərin imzası ilə nekroloq dərc olunub.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

Tanınmış pedaqoq Qurban Abbasovun (1908–1973) qardaşıdır.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. MUSTAFA CABBARZADƏ = МУСТАФА ҸАББАРЗАДӘ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 3 iyul. — № 88 (220). — Səh. 4.
  2. Bəşirov R., Hacıyev N. CABBARZADƏ MUSTAFA CABBAR OĞLU // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 64.
  3. MUSTAFA CABBARZADƏ // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 117. — ISBN 978-9952-8176-4-5.
  4. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 75. — 1.000 nüsx.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]

...