Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mustafa Qədimov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 18:19, 17 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mustafa Qədimov
Qədimov Mustafa İdris oğlu
Mustafa Qədimov
Mustafa Qədimov.
Doğum tarixi 15 aprel 1909(1909-04-15)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 24 mart 1992 (82 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Rauf Qədimov
Təhsili

N.Nərimanov adına Texnikum (Bakı), elektromexanika şöbəsi (1926–1929)

M.Əzizbəyov adına “Qırmızı Əmək Bayrağı” ordenli Sənaye İnstitutu, müəssisələrin elektrik avadanlığı mühəndisi ixtisası (1929–1934)

Mustafa Qədimov (1909–1992) — tanınmış energetik-mühəndis; bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.

Haqqında məlumatlar

15 aprel 1909-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

Tiflisdə peşə təhsili aldıqdan sonra

1926 – 1929-cu ildə N.Nərimanov adına Texnikumun (Bakı) elektromexanika şöbəsində,

1929 – 1934-cü illərdə M.Əzizbəyov adına “Qırmızı Əmək Bayrağı” ordenli Sənaye İnstitutunda (müəssisələrin elektrik avadanlığı mühəndisi ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti

1934-cü ildə Bakı Şəhər Sovetinin nəzdindəki Layihə İnstitutunda işə götürülüb. Daha sonra bir müddət Lenin adına Nuxa İpək Kombinatında, daha sonra isə Bakı şəhər Tramvay parkında mühəndis işləyib. Böyük Vətən müharibəsi (1941 – 1945) dövründə yaralanaraq Sovet ordusundan tərxis edildikdən sonra 1945-ci ilədək Bakı şəhər Tramvay parkının müdiri olub.

1945 – 1970-ci illərdə əvvəl Nuxa şəhərindəki su elektrik stansiyasının tikintisinə rəhbərlik etmiş, sonra isə elektrik stansiyasının müdiri olmuşdur. Daha sonra Nuxa kommunal xidmətləri idarəsinin və enerji-satış idarəsinin direktoru olmuş, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində və V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmışdır. Sonra isə Mingəçevir-Nuxa yüksəkgərginlikli elektrik xəttinin çəkilişinə rəhbərlik etmiş, bundan sonra isə əvvəl Nuxa/Şəki paylayıcı elektrik şəbəkəsi idarəsinin, daha sonra isə 5 №-li Elektrik-Quraşdırma İdarəsinin müdiri olmuşdur.

1970-ci ildə əmək təqaüdünə çıxdıqdan sonra əmək fəaliyyətini məsləhətçi mühəndis kimi Şəki Paylayıcı Elektrik Şəbəkəsi İdarəsində davam etdirmişdir.

İctimai fəaliyyəti

1950-cı ildə Nuxa Şəhər Sovetinin,

1957-ci ildə isə Nuxa Rayon Sovetinin deputatı seçilib.

Vəfatı

24 mart 1992-ci il tarixdə – 82 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Göyçəli M. Mustafa Qədimov / Nəsillərə nümunə şərəfli ömür yolu // XX-XXI əsrin yaradıcı və ziyalı insanları. — X hissə  cild. — Səh.: 162.

Şablon:Yaxşı məqalə