Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Mustafa Qədimov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 01:41, 1 dekabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mustafa Qədimov
Qədimov Mustafa İdris oğlu
Mustafa Qədimov
Mustafa Qədimov.
Doğum tarixi 15 avqust 1909(1909-08-15)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 24 mart 1992 (82 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Nazan Əliabbas qızı
Uşaqları Nihat (1938–2018), Rauf (1942), Azər (1953–2018)
Təhsili

 • N.Nərimanov adına Texnikum (Bakı), elektromexanika şöbəsi (1926–1929)

 • M.Əzizbəyov adına “Qırmızı Əmək Bayrağı” ordenli Sənaye İnstitutu, müəssisələrin elektrik avadanlığı mühəndisi ixtisası (1929–1934)

Mustafa Qədimov (1909–1992) — tanınmış energetik-mühəndis; sovet dövründə bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.

Haqqında məlumatlar

15 avqust 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Tiflisdə peşə təhsili aldıqdan sonra

1926 – 1929-cu ildə N.Nərimanov adına Texnikumun (Bakı) elektromexanika şöbəsində,

1929 – 1934-cü illərdə M.Əzizbəyov adına “Qırmızı Əmək Bayrağı” ordenli Sənaye İnstitutunda (müəssisələrin elektrik avadanlığı mühəndisi ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti

1934-cü ildə Bakı Şəhər Sovetinin nəzdindəki Layihə İnstitutuna işə götürülüb. Sonra bir müddət Lenin adına Nuxa İpək Kombinatında, daha sonra isə Bakı şəhər Tramvay parkında mühəndis işləyib. Böyük Vətən müharibəsi (1941 – 1945) dövründə arxa cəbhədə saxlanılıb və 1945-ci ilədək Bakı şəhər Tramvay parkının müdiri olub.

1948-ci ildən Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

1955 – 1957-ci illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışıb.

O cümlədən, 1945 – 1970-ci illərdə əvvəl Nuxa şəhərindəki su elektrik stansiyasının tikintisinə rəhbərlik etmiş, sonra isə elektrik stansiyasının müdiri olmuşdur. Daha sonra Nuxa kommunal xidmətləri idarəsinin və enerji-satış idarəsinin direktoru vəzifəsində, sonralar isə Mingəçevir-Nuxa yüksəkgərginlikli elektrik xəttinin çəkilişinə rəhbərlik edib və bundan sonra əvvəl Nuxa/Şəki paylayıcı elektrik şəbəkəsi idarəsinin, daha sonra isə 5 №-li Elektrik-Quraşdırma İdarəsinin müdiri vəzifəsində işləyib.

1970-ci ildə əmək təqaüdünə çıxdıqdan sonra əmək fəaliyyətini Şəki Paylayıcı Elektrik Şəbəkəsi İdarəsində məsləhətçi mühəndis kimi davam etdirib.

İctimai fəaliyyəti

1950-cı ildə Nuxa şəhər Sovetinin deputatı seçilib.

1957-ci ildə Nuxa rayon Sovetinin deputatı seçilib. O cümlədən, Nuxa rayon Sovetinin birnci sessiyasında rayon soveti icraiyyə komitəsi heyətinə üzv seçilib.

Vəfatı

24 mart 1992-ci il tarixdə – 82 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Göyçəli M. Mustafa Qədimov / Nəsillərə nümunə şərəfli ömür yolu // XX-XXI əsrin yaradıcı və ziyalı insanları. — Bakı, 2014. — X hissə  cild. — Səh.: 162.