Mustafa Quliyev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 95: Sətir 95:
| imzası                      =  
| imzası                      =  
| mükafatları                  =  
| mükafatları                  =  
| təhsili                 = {{*}}Tiflis gimnaziyanı (1913)
| təhsili                     = {{*}}Kiyev Müqəddəs Vladimir Universiteti (1913–1918)
 
{{*}}Kiyev Müqəddəs Vladimir Universiteti


{{*}}Kommunist Akademiyası (Moskva)
{{*}}Kommunist Akademiyası (Moskva)
}}
}}
'''Mustafa Quliyev''' (1893–1938) — dövlət və maarif xadimi, ədəbiyyat tənqidçisi, teatrşünas və sənət nəzəriyyəçisi. Azərbaycnda sovet hakimiyyətinin qurulmasının ilk günlərindən məsul vəzifələr tutmuş, o cümlədən, bir müddət Azərbaycan SSR xalq maarif komissarı, bir müddət Qazaxıstan MSSR xalq maarif komissarı vəzifəsində çalışmışdır.  
'''Mustafa Quliyev''' (1893–1938) — Azərbaycnda sovet hakimiyyətinin qurulmasının ilk günlərindən məsul vəzifələr tutmuş dövlət və maarif xadimi. Bir müddət Azərbaycan SSR xalq maarif komissarı, bir müddət Qazaxıstan MSSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Öz dövründə ədəbiyyat tənqidçisi, teatrşünas və sənət nəzəriyyəçisi kimi də tanınmışdı. 1937-ci ildə Stalin repressiyasının qurbanı olaraq güllələnmişdir. 1957-ci ildə bəraət verilib.


== Haqqında məlumatlar ==
== Haqqında məlumatlar ==
Sətir 137: Sətir 135:
19 mart 1957-cı il tarixdə Mustafa Quliyevə bəraət verilib.
19 mart 1957-cı il tarixdə Mustafa Quliyevə bəraət verilib.


===Digər===
1922-ci ildə Rusiya {{K(b)P}}-nın XI qurultayında iştirak etmiş, Zaqafqaziya partiya təşkilatının bir qrup nümayəndəsi ilə birlikdə V.İ.Leninin qəbulunda olmuşdur.


1922-ci ildə RK(b)P XI qurultayında iştirak edib, Zaqafqaziya partiya təşkilatının bir qrup nümayəndəsi ilə V.İ.Leninin qəbulunda iştirak edib.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan {{K(b)P}} {{MK}}ya, Azərbaycan {{K(b)P}} Bakı Komitəsinə üzv seçilib.
eyni zamanda 1923 – 1926-cı illərdə “Maarif və mədəniyyət” jurnalının məsul redaktoru olub.
1929 – 1932-ci illərdə “İnqilab və mədəniyyət”  jurnalının (“Maarif və mədəniyyət” jurnalının xələfi) məsul redaktoru olub.
 
Moskvada Kommunist Akademiyasını bitirdikdən sonra Qarayazı MTS siyasi şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Sonralar Qazaxıstanın Çimkənd Şəhər Partiya Komitəsinin katibi, Odessa Vilayət Partiya Komitəsində məktəb və elmlər şöbəsinin müdiri vəzifəsində çalışıb.


1923 – 1926-cı illərdə “Maarif və mədəniyyət” jurnalının,


1929 – 1932-ci illərdə “İnqilab və mədəniyyət”  jurnalının (“Maarif və mədəniyyət” jurnalının xələfi) məsul redaktoru olub.


 
Klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri, “Oktyabr və türk ədəbiyyatı” (1930) kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyllərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MK-ya, Bakı Komitəsinə üzv seçilib.
 
===Elmi-publisistik fəaliyyəti===
* “Ə.Əbdülhəsənin “Dünya qopur” romanı haqqında”;
* “S.Vurğun yaradıcılığı yüksəliş yolunda”;
* “Sabir füqəra  şairidir”;
* “Yoldaş Nərimanov haqqında”;
* “Azərbaycanda teatro və teatr məsələləri”;
* “Hazırkı Azərbaycan ədəbiyyatı haqqında”;
* “M.F.Axundovun yaradıcılığı”;
* “Simurğun bədii yaradıcılığı”;
* “Hüseyn Cavidin “Uçurum”u”;
* “Zaqafqaziya xalqlarının mədəni birliyi”;
* “Ədəbiyyat cəbhəsində mübarizə”
 
və s. klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri, “Oktyabr və türk ədəbiyyatı” (1930) kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyllərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur.
 
====Kitabları====
# Azərbaycanda Oktyabr düşmənləri, 1927, 30 səh., 3000 nüs.
# Mədəni inqilab və islam, B., Azərnəşr, 1928, 52 səh.,  2000 nüs.
# Türk qadınının yolu, B., Azərnəşr, 1930, 46 səh., 5000 nüs.
# Cinayət nədir və haradan baş verir,  İctimai-iqtisadi İnstitutun nəşri, 1935, 32 səh., 1500 nüs.


==İstifadə edilmiş mənbələr==
==İstifadə edilmiş mənbələr==

03:32, 23 yanvar 2022 versiyası

Mustafa Quliyev
Quluyev Mustafa Zəkəriyyə oğlu
Mustafa Quliyev
Mustafa Quliyev.
bayraqAzərbaycan SSR Xalq Maarifi Komissarıbayraq
1922 — 1928
Sələfi Dadaş Bünyadzadə
Xələfi Ruhulla Axundov
bayraqAzərbaycan SSR Xalq Maarifi Komissarının müavinibayraq
1922 — 1926
bayraqAK(b)P Qaraşəhər Rayon Komitəsinin katibibayraq
1921 — 1922
bayraqLənkəran qəza inqilab komitəsinin sədribayraq
1920 — 1920
Sələfi vəzifə təsis olundu
Xələfi Şirəli Axundov
Şəxsi məlumatlar
Doğum tarixi (18) 30 yanvar 1893(1893-01-30)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 3 iyul 1938 (45 yaşında)
Atası Zəkəriyyə Mustafa xəlfə oğlu
Anası Fatma Hacı Əbdürrəhman qızı Nəbiyeva
Təhsili

 • Kiyev Müqəddəs Vladimir Universiteti (1913–1918)

 • Kommunist Akademiyası (Moskva)

Mustafa Quliyev (1893–1938) — Azərbaycnda sovet hakimiyyətinin qurulmasının ilk günlərindən məsul vəzifələr tutmuş dövlət və maarif xadimi. Bir müddət Azərbaycan SSR xalq maarif komissarı, bir müddət Qazaxıstan MSSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Öz dövründə ədəbiyyat tənqidçisi, teatrşünas və sənət nəzəriyyəçisi kimi də tanınmışdı. 1937-ci ildə Stalin repressiyasının qurbanı olaraq güllələnmişdir. 1957-ci ildə bəraət verilib.

Haqqında məlumatlar

30 (Yuli təqvimi ilə 18) yanvar 1893-cü il tarixdə Nuxada (indiki Şəki), xırda alverçi ailəsində anadan olub.

Təhsili

1907 – 1913-cü illərdə İmperator I Aleksandr gimnaziyasında (Tiflis),

1913 – 1918-ci illərdə Kiyev Müqəddəs Vladimir Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsində,

1930-cu illərdə isə Qırmızı Professorluq İnstitutunda (Moskva) təhsil alıb.

İctimai-siyasi aktivliyi

1918-ci ilin yanvarında Kiyevdə bolşeviklər partiyasına üzv olub. Az sonra isə Rusiya K(b)P Kiyev Komitəsi tatar (müsəlman) bölməsinin sədri seçilib və bu vəzifədə 1919-cu ilədək fəaliyyət göstərib.

1919-cu ildən siyasi fəaliyyətini əvvəl Bakıda, sonra isə Lənkəranda davam etdirib.

Əmək fəaliyyəti

1920 – 1921-ci illərdə Lənkəran qəza inqilab komitəsinin sədri,

1921 – 1922-ci illərdə Azərbaycan K(b)P Qaraşəhər rayon komitəsinin katibi,

1922 – 1929-cu illərdə fasilələrlə Azərbaycan SSR xalq maarifi komissarı (həmin dövrdə maarif komissarlığı təhsil məsələləri ilə yanaşı, həm də mədəniyyət, mətbuat, ədəbiyyat məsələləri ilə də məşğul idi),

1927 – 1928-ci illərədə Azərbaycan K(b)P Bakı Komitəsində təşviqat və təbliğat şöbəsinin müdiri,

1929 – 1937-ci illərdə əvvəl bir müddət Qazaxıstan MSSR-in xalq maarif komissarı, sonra ÜK(b)P Çimkənd şəhər komitəsinin katibi, daha sonra Qarayazı Maşın-Traktor Stansiyası siyasi şöbəsinin rəisi vəzifəsində çalışıb. 1937-ci ildə Ukrayna K(b)P Odessa Vilayət Komitəsinin məktəb və elm şöbəsinin müdiri idi.

Həbsi və güllələnməsi

30 avqust 1937-ci il tarixdə – Odessada işləyərkən, Azərbaycanla bağlı əks-inqilabi millətçi qruplaşmanın rəhbəri olması ittihamı ilə həbs edilmiş, Azərbaycana gətirilmiş və Azərbaycan SSR CM-nin 64, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək 3 iyul 1938-ci il tarixdə güllələnmişdir.

Bəraət alması

19 avqust 1955-ci il tarixdə qızı Səltənət Quluyeva xüsusi işlər üzrə hərbi prokurorun müavini Çesnokova ərizə ilə müraciət edərək atasına bəraət verilməsini xahiş edib.

19 mart 1957-cı il tarixdə Mustafa Quliyevə bəraət verilib.

Digər

1922-ci ildə Rusiya K(b)P-nın XI qurultayında iştirak etmiş, Zaqafqaziya partiya təşkilatının bir qrup nümayəndəsi ilə birlikdə V.İ.Leninin qəbulunda olmuşdur.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MKya, Azərbaycan K(b)P Bakı Komitəsinə üzv seçilib.

1923 – 1926-cı illərdə “Maarif və mədəniyyət” jurnalının,

1929 – 1932-ci illərdə “İnqilab və mədəniyyət” jurnalının (“Maarif və mədəniyyət” jurnalının xələfi) məsul redaktoru olub.

Klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri, “Oktyabr və türk ədəbiyyatı” (1930) kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyllərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur.

İstifadə edilmiş mənbələr

  1. QLUYEV Mustafa Zəkəriyyə oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III  cild. — Səhifələrin sayı:  628. — Səh.: 268. — 80.000 nüsx.
  2. Azərbaycan Yazıçılar Birliyi. "Mustafa Quliyev". http://www.azyb.az/ (azərb.). www.azyb.az. 8 Nov 2016 – 16 Sep 2019 tarixində arxivləşdirilib.
  3. "Открытый список". "Кулиев Мустафа Закарья оглы (1893)". ru.openlist.wiki (русский). ru.openlist.wiki. 8 Apr 2019 - 8 Apr 2019 tarixində arxivləşdirilib.
  4. Məmmədov Ə., Xalıqov F. Quliyev Mustafa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 340-341. — 1.000 nüsx.
  5. Mərdanov M.C., Tahirzadə Ə.Ş. QULUYEV Mustafa Zəkəriyyə oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 486-493. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Apr 2021 - 28 Aug 2021.
  6. Orsər R. Mustafa Quliyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 174-176. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.