Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Mustafa Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 180: Sətir 180:
 
{{Yoxlanılmış məqalə}}  
 
{{Yoxlanılmış məqalə}}  
  
[[az:Mustafa Quliyev]]
+
[[az:Mustafa Quliyev]] [[ru:Кулиев, Мустафа Закария оглы]]

03:33, 23 yanvar 2022 versiyası

Mustafa Quliyev
Quluyev Mustafa Zəkəriyyə oğlu
Mustafa Quliyev
Mustafa Quliyev.
bayraqAzərbaycan SSR Xalq Maarifi Komissarıbayraq
1922 — 1928
Sələfi Dadaş Bünyadzadə
Xələfi Ruhulla Axundov
bayraqAzərbaycan SSR Xalq Maarifi Komissarının müavinibayraq
1922 — 1926
bayraqAK(b)P Qaraşəhər Rayon Komitəsinin katibibayraq
1921 — 1922
bayraqLənkəran qəza inqilab komitəsinin sədribayraq
1920 — 1920
Sələfi vəzifə təsis olundu
Xələfi Şirəli Axundov
Şəxsi məlumatlar
Doğum tarixi (18) 30 yanvar 1893(1893-01-30)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 3 iyul 1938 (45 yaşında)
Atası Zəkəriyyə Mustafa xəlfə oğlu
Anası Fatma Hacı Əbdürrəhman qızı Nəbiyeva
Təhsili

 • Kiyev Müqəddəs Vladimir Universiteti (1913–1918)

 • Kommunist Akademiyası (Moskva)

Mustafa Quliyev (1893–1938) — Azərbaycnda sovet hakimiyyətinin qurulmasının ilk günlərindən məsul vəzifələr tutmuş dövlət və maarif xadimi. Bir müddət Azərbaycan SSR xalq maarif komissarı, bir müddət Qazaxıstan MSSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Öz dövründə ədəbiyyat tənqidçisi, teatrşünas və sənət nəzəriyyəçisi kimi də tanınmışdı. 1937-ci ildə Stalin repressiyasının qurbanı olaraq güllələnmişdir. 1957-ci ildə bəraət verilib.

Haqqında məlumatlar

30 (Yuli təqvimi ilə 18) yanvar 1893-cü il tarixdə Nuxada (indiki Şəki), xırda alverçi ailəsində anadan olub.

Təhsili

1907 – 1913-cü illərdə İmperator I Aleksandr gimnaziyasında (Tiflis),

1913 – 1918-ci illərdə Kiyev Müqəddəs Vladimir Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsində,

1930-cu illərdə isə Qırmızı Professorluq İnstitutunda (Moskva) təhsil alıb.

İctimai-siyasi aktivliyi

1918-ci ilin yanvarında Kiyevdə bolşeviklər partiyasına üzv olub. Az sonra isə Rusiya K(b)P Kiyev Komitəsi tatar (müsəlman) bölməsinin sədri seçilib və bu vəzifədə 1919-cu ilədək fəaliyyət göstərib.

1919-cu ildən siyasi fəaliyyətini əvvəl Bakıda, sonra isə Lənkəranda davam etdirib.

Əmək fəaliyyəti

1920 – 1921-ci illərdə Lənkəran qəza inqilab komitəsinin sədri,

1921 – 1922-ci illərdə Azərbaycan K(b)P Qaraşəhər rayon komitəsinin katibi,

1922 – 1929-cu illərdə fasilələrlə Azərbaycan SSR xalq maarifi komissarı (həmin dövrdə maarif komissarlığı təhsil məsələləri ilə yanaşı, həm də mədəniyyət, mətbuat, ədəbiyyat məsələləri ilə də məşğul idi),

1927 – 1928-ci illərədə Azərbaycan K(b)P Bakı Komitəsində təşviqat və təbliğat şöbəsinin müdiri,

1929 – 1937-ci illərdə əvvəl bir müddət Qazaxıstan MSSR-in xalq maarif komissarı, sonra ÜK(b)P Çimkənd şəhər komitəsinin katibi, daha sonra Qarayazı Maşın-Traktor Stansiyası siyasi şöbəsinin rəisi vəzifəsində çalışıb. 1937-ci ildə Ukrayna K(b)P Odessa Vilayət Komitəsinin məktəb və elm şöbəsinin müdiri idi.

Həbsi və güllələnməsi

30 avqust 1937-ci il tarixdə – Odessada işləyərkən, Azərbaycanla bağlı əks-inqilabi millətçi qruplaşmanın rəhbəri olması ittihamı ilə həbs edilmiş, Azərbaycana gətirilmiş və Azərbaycan SSR CM-nin 64, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək 3 iyul 1938-ci il tarixdə güllələnmişdir.

Bəraət alması

19 avqust 1955-ci il tarixdə qızı Səltənət Quluyeva xüsusi işlər üzrə hərbi prokurorun müavini Çesnokova ərizə ilə müraciət edərək atasına bəraət verilməsini xahiş edib.

19 mart 1957-cı il tarixdə Mustafa Quliyevə bəraət verilib.

Digər

1922-ci ildə Rusiya K(b)P-nın XI qurultayında iştirak etmiş, Zaqafqaziya partiya təşkilatının bir qrup nümayəndəsi ilə birlikdə V.İ.Leninin qəbulunda olmuşdur.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MKya, Azərbaycan K(b)P Bakı Komitəsinə üzv seçilib.

1923 – 1926-cı illərdə “Maarif və mədəniyyət” jurnalının,

1929 – 1932-ci illərdə “İnqilab və mədəniyyət” jurnalının (“Maarif və mədəniyyət” jurnalının xələfi) məsul redaktoru olub.

Klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri, “Oktyabr və türk ədəbiyyatı” (1930) kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyllərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur.

İstifadə edilmiş mənbələr

  1. QLUYEV Mustafa Zəkəriyyə oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III  cild. — Səhifələrin sayı:  628. — Səh.: 268. — 80.000 nüsx.
  2. Azərbaycan Yazıçılar Birliyi. "Mustafa Quliyev". http://www.azyb.az/ (azərb.). www.azyb.az. 8 Nov 2016 – 16 Sep 2019 tarixində arxivləşdirilib.
  3. "Открытый список". "Кулиев Мустафа Закарья оглы (1893)". ru.openlist.wiki (русский). ru.openlist.wiki. 8 Apr 2019 - 8 Apr 2019 tarixində arxivləşdirilib.
  4. Məmmədov Ə., Xalıqov F. Quliyev Mustafa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 340-341. — 1.000 nüsx.
  5. Mərdanov M.C., Tahirzadə Ə.Ş. QULUYEV Mustafa Zəkəriyyə oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 486-493. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Apr 2021 - 28 Aug 2021.
  6. Orsər R. Mustafa Quliyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 174-176. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.