Mustafa ağa Şəkixanov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Mustafa ağa Şəkixanov
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu
Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov.
Təxəllüsü Şuxi
Doğum tarixi 1831(1831-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfatı 5 noyabr 1895 (64 yaşında)
Vəfat yeri Qaraqosı[qeyd 1], Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Dəfn yeri Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Atası Kərim ağa Şəkixanov

Mustafa ağa Şəkixanov (1831–1895) — Şəki xanları nəslinin davamçılarından biri; “Şəki tarixi” adlı bir tarix əsərini[qeyd 2] və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır[1]. “Şuxi” təxəllüsü ilə şeirlər də yazıb[qeyd 3].

Qısa tərcümeyi - halı[Vizual redaktə | HTML redaktə]

Mustafa ağa Şəkixanovun qəbri üzərindəki baş daşı.
Mustafa ağa Şuxi, Divan, 2011-ci il nəşrinin üz qabığı.

1831-ci ildə Nuxada (indiki Şəki) anadan olub[2].

1853 – 1857-ci illərdə Nuxada kanvoy[qeyd 4] işləyib.

1858 – 1961-ci illərdə Sankt-Peterburqda hərbi təhsil alıb və kоrnet(ru)[qeyd 5] hərbi rütbəsinə yiyələnib (Salman Mümtaza görə o, Şəki xanları nəslinin nümayəndəsi kimi Sankt-Peterburqda girov saxlanılmışdır).

1858-ci ilin sonunda atası Nuxada vəfat edib.

1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakimin(ru) (rus.: мировой судья) köməkçisi vəzifəsində çalışıb[qeyd 6].

1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı[qeyd 7] kəndində yaşayıb[3].

5 noyabr 1895-ci il tarixdə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilib və Xan qəbiristanlığında dəfn olunub.

Qeydlər[Vizual redaktə | HTML redaktə]

  1. Bu yerin adını Salman Mümtaz göstərib. Mümkündür ki əslində söhbət hal-hazırda Qaraso adlanan ərazidən gedir. Hansı ki həmin ərazidə müxtəlif kəndlər var. Mustafa ağanın atasının şəxsi kəndi İpəkli idi; mümkündür ki, Mustafa ağa da İpəkli kəndində yaşamış və orada da vəfat etmişdir.
  2. Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən cəmi bir neçə cümləlik kiçik bir hissə 1902-ci ildə rusca çap olunub; əsərin özü isə itmiş hesab olunur (Məmmədov A.S., 2009, s. 4).
  3. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında 2011-ci ildə “Divan”ı çap olunmuşdur.
  4. Rusiya İmperiyasında məhbusları qoruyan və müşayiət edən hərbçi.
  5. Süvari qoşunda bölük (rota) bayrağını aparan kiçik zabit.
  6. 1860 – 1865-ci illərdə tərtib olunmuş Nuxa bəylərinin siyahısında 29 yaşlı Mustafa ağanın Nuxada yaşadığı qeyd olunub (Məmmədov A.S., 2006, s. 4).
  7. Bax: 1-ci qeydə.

İstinadlar[Vizual redaktə | HTML redaktə]

Həmçinin bax[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
  2. Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.