Mustafa ağa Şəkixanov

Şəki Ensiklopediyası səhifəsi
Mustafa ağa Şəkixanov
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu
Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov.
Təxəllüsü Şuxi
Doğum tarixi 1831(1831-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfatı 5 noyabr 1895 (64 yaşında)
Vəfat yeri Qaraqosı[qeyd 1], Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Dəfn yeri Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Atası Kərim ağa Şəkixanov

Mustafa ağa Şəkixanov (1831–1895) — Şəki xanları nəslinin davamçılarından biri; “Şəki tarixi” adlı bir tarix əsərini[qeyd 2] və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır[1]. “Şuxi” təxəllüsü ilə şeirlər də yazıb[qeyd 3].

Qısa tərcümeyi - halı

Mustafa ağa Şəkixanovun qəbri üzərindəki baş daşı.
Mustafa ağa Şuxi, Divan, 2011-ci il nəşrinin üz qabığı.

1831-ci ildə Nuxada (indiki Şəki) anadan olub[2].

1853 – 1857-ci illərdə Nuxada kanvoy[qeyd 4] işləyib.

1858 – 1961-ci illərdə Sankt-Peterburqda hərbi təhsil alıb və kоrnet(ru)[qeyd 5] hərbi rütbəsinə yiyələnib (Salman Mümtaza görə o, Şəki xanları nəslinin nümayəndəsi kimi Sankt-Peterburqda girov saxlanılmışdır).

1858-ci ilin sonunda atası Nuxada vəfat edib.

1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakimin(ru) (rus.: мировой судья) köməkçisi vəzifəsində çalışıb[qeyd 6].

1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı[qeyd 7] kəndində yaşayıb[3].

5 noyabr 1895-ci il tarixdə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilib və Xan qəbiristanlığında dəfn olunub.

Qeydlər

  1. Bu yerin adını Salman Mümtaz göstərib. Mümkündür ki əslində söhbət hal-hazırda Qaraso adlanan ərazidən gedir. Hansı ki həmin ərazidə müxtəlif kəndlər var. Mustafa ağanın atasının şəxsi kəndi İpəkli idi; mümkündür ki, Mustafa ağa da İpəkli kəndində yaşamış və orada da vəfat etmişdir.
  2. Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən cəmi bir neçə cümləlik kiçik bir hissə 1902-ci ildə rusca çap olunub; əsərin özü isə itmiş hesab olunur (Məmmədov A.S., 2009, s. 4).
  3. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında 2011-ci ildə “Divan”ı çap olunmuşdur.
  4. Rusiya İmperiyasında məhbusları qoruyan və müşayiət edən hərbçi.
  5. Süvari qoşunda bölük (rota) bayrağını aparan kiçik zabit.
  6. 1860 – 1865-ci illərdə tərtib olunmuş Nuxa bəylərinin siyahısında 29 yaşlı Mustafa ağanın Nuxada yaşadığı qeyd olunub (Məmmədov A.S., 2006, s. 4).
  7. Bax: 1-ci qeydə.

İstinadlar

Həmçinin bax

Ədəbiyyat

Şablon:Yaxşı məqalə