Məjlum Şükürov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 12:23, 31 avqust 2021 tarixli redaktə
Məjlum Şükürov
Şükürov Məjlum Şükür oğlu
Məjlum Şükürov
Məjlum Şükürov, 2007-ci il
Doğum tarixi 1 sentyabr 1954 (1954-09-01) (69 yaş)
Doğum yeri Aşağı Küngüt, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elmi dərəcəsi elmlər namizədi
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1971–1976)

Leninqrad Aqrofizika İnstitutu, aspirantura (1980–?)

Leninqrad Aqrofizika İnstitutu, doktorantura (1989–?)

Məjlum Şükürov — texnika elmləri namizədi, Şəki bələdiyyəsinin sabiq üzvü (2005–2010), Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı (2006–2011).

Haqqında məlumatlar

1 sentyabr 1954-cü ildə Nuxa rayonunun Aşağı Küngüt kəndində anadan olub.

Təhsili

1961 – 1971-ci illərdə Aşağı Küngüt kənd orta məktəbində oxuyub.

1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1980-cı ildə Leninqrad Aqrofizika İnstitutunun aspiranturasına,

1989-ci ildə isə Leninqrad Aqrofizika İnstitutunun doktoranturasına qəbul olunub.

Əmək fəaliyyəti

1976 – 1980-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kibertexnika İnstitutunda işləyib.

1984 – 1986-cı illərdə Əkinçilik Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi,

1986 – 1989-cu illərdə isə baş elmi işçi vəzifəsində çalışıb.

1996-cı ildə Əkinçilik Elmi Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinə direktor təyin edilib.

İctimai aktivliyi

2005 – 2010-ci illərdə Şəki Bələdiyyəsinin üzvü,

2006 – 2011-ci illərdə III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Elmi fəaliyyəti

1985-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

İstifadə edilmiş ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Şükürov Məjlum // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 376 – 379. — 600 nüsx. — ISBN 5-8066-1708-4.