Nəcməddin Əhmədov

Nəcməddin Əhmədov (1932–2008) — iqtisad elmləri namizədi, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) dosenti.

Nəcməddin Əhmədov
Əhmədov Nəcməddin Hidayəy oğlu
Nəcməddin Əhmədov
Nəcməddin Əhmədov.
Doğum tarixi 1 iyul 1932(1932-07-01)
Doğum yeri Oxud, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 6 sentyabr 2008 (76 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Dəfn yeri Oxud kənd qəbiristanlığı, Şəki rayonu, Azərbaycan
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi iqtisad elmləri namizədi
Elmi adı dosent
Təhsili

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1949−1954)

K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası, aspirantura (1960–)
Həyat yoldaşları Hicran, Minayə
Uşaqları İlham, Munis, Səlim və İlhamə
Mükafatları "Əmək veteranı" medalı

Haqqında məlumatlar Redaktə

1 iyul 1932-ci il tarixdə Nuxa (indiki Şəki) rayonuun Oxud kəndində anadan olub.

Təhsili Redaktə

1939 – 1947-ci illərdə Oxud kənd orta məktəbində,

1947 – 1949-cu illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində,

1949 − 1954-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (proseslərin mexanikləşdirilməsi ixtisası üzrə) təhsil alıb.

1960-cı ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına daxil olub.

Elmi fəaliyyəti Redaktə

1964-cü ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsinin Elmi Şurasında akademik S.Q.Kolesnevin rəhbərliyi ilə “Kolxozlarda maşın-traktor parkından səmərəli istifadənin təşkili (Azərbaycan SSR Vartaşen istehsalat idarəsi kolxozları timsalında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

100-ə qədər məqalənin, bir dərs vəsaitinin müəllifidir.

Əmək fəaliyyəti Redaktə

1985 – 1992-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Aqrar-Sənaye Kompleksini İdarəetmə Ali Məktəbində aqrar-sənaye kompleksini idarəetmənin təşkili kafedrasının müdiri,

1992-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) dosent vəzifəsində çalışıb.

Təltif və mükafatları Redaktə

“Əmək veteranı” medalı (1989).

Vəfatı Redaktə

6 sentyabr 2008-ci il tarixdə – 76 yaşında, Gəncədə vəfat edib. Oxud kənd qəbiristanlığında dəfn olunub.

Ailəsi Redaktə

Birinci həyat yoldaşı Əhmədova (Abdullayeva) Hicran Osman qızı Şəki rayonunun Oxud kəndindən idi, 1970-ci ildə vəfat edib. Ondan İlham (1963), Munis (1965) və Səlim (1968) adlı 3 oğlu doğulub.

İkinci həyat yoldaşı Minayə Şəki rayonunun Kiş kəndindən olub, ondan İlhamə (1974) adlı qızı doğulub.

Ədəbiyyat Redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Nəcməddin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 193-194. — 1.000 nüsx.