Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Nəriman Veysəloğlu

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nəriman Veysəloğlu
Süleymanov Nəriman Veysəl oğlu
Nəriman Veysəloğlu
Nəriman Veysəloğlu, 2010-cu il.
Doğum tarixi 17 iyun 1950 (1950-06-17) (73 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Moskva Poliqrafiya İnstitutu (–1976)
Mükafatları "Azərbaycan SSR əməkdar poliqrafiya işçisi" fəxri adı — 1974"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 1991
Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Nəriman Veysəloğlu — tanınmış poliqrafiya işçisi, Azərbaycan SSR əməkdar poliqrafçısıAzərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.

Haqqında məlumatlar

17 iyun 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1967-ci ildə Şəki şəhər 2 №-li tam orta məktəbini,

1976-ci ildə Moskva Poliqrafiya İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1967 – 1970-ci illərdə “Azərnəşr”in “Gənclik” nəşriyyatında korrektor,

1970 – 1975-ci illərdə texniki redaktor,

1975 – 1995-ci illərdə uşaq kitabları nəşri üzrə bədii tərtibat şöbəsinin müdiri vəzifəsində çalışıb.

1995 – 2015-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşriyyat şöbəsinin müdiri olub.

2015-ci ildə təqaüdə çıxıb.

İkinci iş yerləri

1985 – 1990-cı illərdə “Dostluq” cəmiyyətində,

1989 – 1995-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində tərtibatçı redaktor olub.

Həmçinin, müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, “Qanun”, “Mütərcim”, “Türk dünyası” və “Xəzər” jurnallarında tərtibatçı rəssam, redaktor kimi fəaliyyət göstərib.

İctimai aktivliyi

1975 – 1995-ci illərdə “Gənclik” nəşriyyatında Həmkarlar komitəsinin sədri olub.

Təltif və mükafatları

Ailəsi

Evlidir, iki qızı var.

Ədəbiyyat

  1. "Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin Azərbaycan dilində "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". http://www.e-qanun.az/ (azərb.). www.e-qanun.az. 24 sentyabr 1991. 23 Sep 2017 - 21 Sep 2020 tarixində arxivləşdirilib.