Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Nəsib Əbdürrəhmanov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:36, 29 yanvar 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nəsib Əbdürrəhmanov
Əbdürrəhmanov Nəsib Yusif oğlu
Nəsib Əbdürrəhmanov
Nəsib Əbdürrəhmanov.
Digər adları Nəsib Abdurrahmanov, Nəsib Abdurəhmanov, Nəsib doktor
Doğum tarixi 24 oktyabr 1913(1913-10-24)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 23 sentyabr 1976 (62 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi ürək xəstəliyi
Həyat yoldaşı Səadət Abidova
Uşaqları Yusif, İradə və Sədaqət
Təhsili Azərbaycan Tibb İnstitutu (1934–1939)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adıSəhiyyə əlaçısı (SSRİ)
"Qırmızı Ulduz" ordeni — 1944"Döyüş xidmətlərinə görə" medalı — 1943 “Moskvanın müdafiəsinə görə” medalı — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Köniqsberqin alınmasına görə" medalı — 1945

Nəsib Əbdürrəhmanov (1913–1976) — Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Xəstəxanasının baş həkiminin müavini.

Haqqında məlumatlar

24 oktyabr 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1916-cı ildə atası,

1917-ci ildə anası vəfat edib. Bundan sonra əmisi oğlunun himayəsində böyüyüb.

Təhsili

1934 – 1939-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə

1939-cu ildə hərbi xidmətə çağırılıb. Böyük Vətən müharibəsində iştirak edib və bir neçə dəfə yaralanıb. 1943-cü ildə 3-cü dərəcəli hərbi həkim, 1944-cü ildən isə tibb xidməti kapitanı hərbi rütbəsinə malik idi. Biz orden və bir neçə medalla təltif olunub.

28 dekabr 1945-ci il tarixdə ordudan tərxis edilib.

Əmək fəaliyyəti

On yaşında çəkməçi yanında şagird durub.

1926 – 1928-ci illərdə ipək fabrikində fəhlə işləyib. Sonra bənnalıq kursunu keçib və bənnalıq edib.

1939-cu ildə qısa müddət əvvəl Nuxa şəhər poliklinikasında, sonra isə Nuxa rayonunun Baş Göynük kəndindəki sahə xəstəxanasında,

1946-cı ildən Nuxa rayon mərkəzi xəstəxanasının əvvəlcə yoluxucu xəstəliklər, sonra daxili xəstəliklər şöbəsində həkim işləyib.

1953 – 1957-ci illərdə Nuxa rayon mərkəzi xəstəxanasının daxili xəstəliklər şöbəsinin və Şəki şəhər səhiyyə şöbəsinin müdiri olub.

1957-ci ildən ömrünün sonuna qədər Nuxa/Şəki şəhər mərkəzi xəstəxanasında baş həkiminin müavini vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

IV (1953), V (1955), VI (1957), VII (1959), VIII (1961) və IX (1963) çağırış Nuxa şəhər Sovetinin deputatı olub.

Təltif və mükafatları

Vəfatı

23 sentyabr 1976-cı il tarixdə – 62 yaşında, Şəkidə ürək tutmasından vəfat edib.

Ailəsi

Həyat yoldaşı Səadət Abidova uzun illər Şəki mərkəzi xəstəxanası laboratoriyasının müdiri olub. Oğlu Yusif həmin xəstəxanada cərrah, bir qızı İradə ginekoloq, digər qızı Sədaqət isə Bakıdakı xəstəxanalardan birində terapevt işləyib.

Ədəbiyyat

  1. Абдурахманов Насиб Юсупович : [arx. 28.01.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 28.01.2023.
  2. Абдурахманов Насиб Юсубович : [arx. 28.01.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 28.01.2023.
  3. FƏXRİ FƏRMANLA TƏLTİF EDİLMİŞLƏR = ФӘХРИ ФӘРМАНЛА ТӘЛТИФ ЕДИЛМИШЛӘР // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1964. — В. 7 noyabr. — № 132 (429). — Səh. 3.
  4. Mete Ə. Karvan yol gedir // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 344-345. — 500 nüsx.
  5. Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Nəsib // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 33-34. — 600 nüsx. — ISBN 5-8066-1708-4.