Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nabat Abdullayeva

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nabat Abdullayeva
Abdullayeva Nabat Cumay qızı
Nabat Abdullayeva
Nabat Abdullayeva.
Doğum tarixi 20 may 1925(1925-05-20)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Yelizavetpol quberniyası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 dekabr 2006 (81 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan dili və onun tədrisi kafedrası (professor)
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • Nuxa Pedaqoji Texnikumu (–1941)

 • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi (1946–1950)

 • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi, aspirantura

Nabat Abdullayeva (1925–2006) — filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi kafedrasının professoru.

Haqqında məlumatlar

20 may 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1941-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.

1946 – 1950-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində, daha sonra isə bu institutun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1965-ci ildə ADPİ-nin müvafiq şurasında Azərbaycan EA-nın müxbir üzvü Ə.M.Dəmirçizadənin rəhbərliyi altında “Müasir Azərbaycan dilində cüttərkibli sadə cümlə” mövzusunda namizədlik dissertasiyasını,

1980-ci ildə isə Nəsimi adına Dilçilik İnstitutunda D.004.07.01 İxtisaslaşdırılmış Şurasında 10.02.06 - Türk dilləri ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib.

Ali məktəblər üçün bir sıra dərslik, dərs vəsaiti, proqramlarının və 50-dən çox elmi məqalənin müəllifidir. 3 doktorluq (azərbaycan, türkmən, qazax), 14 namizədlik dissertasiyasına rəsmi opponentlik edib.

Əmək fəaliyyəti

1954 – 2006-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (əvvəlki adları: Azərbaycan Dövlət Pedaqoji İnstitutu; N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) Azərbaycan dili və onun tədrisi kafedrasında işləyib; o cümlədən,

1954-cü ildən müəllim,

1966-cı ildən baş müəllim,

1968-ci ildən dosent,

1982-ci ildən isə professor vəzifəsini tutub.

Vəfatı

27 dekabr 2006-cı il tarixdə – 81 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Abdullayeva Nabat // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 22-24. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. Abdullayeva Nabat Cumay qızı // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 167. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. Abdullayeva Nabat Cumay qızı // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 39. — ISBN 978-9952-441-02-4.