Nadir Ələkbərov (1940–2018) — kimya elmləri namizədi, dosent, AMEA Polimer Materialları İnstitutunun polimer qarışıqları laboratoriyasının müdiri.

Nadir Ələkbərov
Ələkbərov Nadir Əlihüseyn oğlu
Nadir Ələkbərov
Nadir Ələkbərov.
Doğum tarixi 5 noyabr 1940(1940-11-05)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 5 fevral 2018 (77 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi kimya elmləri namizədi
Elmi adı dosent

Haqqında məlumatlar

5 noyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Elmi fəaliyyəti

“5,5-dialkoksitetraxlortsiklopentadienlərin sis- və trans-4-tsikloheksen-1,2-dikarbon turşuları ilə kondesləşməsi reaksiyasının stereokimyası və alınmış adduktların bəzi çevrilmələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

13-ü xaricdə olmaqla çapdan çıxmış 82 elmi əsərin müəllifidir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 20-dir.

Bir elmlər namizədinin elmi rəhbəri olub.

Əmək fəaliyyəti

Sumqayıtda AMEA Polimer Materialları İnstitutunun polimer qarışıqları laboratoriyasının müdiri vəzifəsində çalışıb.

Vəfatı

5 fevral 2018-ci il tarixdə – 77 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. Polimer Materialları İnstitutunun fəlsəfə doktorları : Ələkbərov Nadir Əlihüseyn oğlu : [arx. 07.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.