Nailə Bədəlova: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 131: Sətir 131:
}}
}}
# {{Sayta istinad|url=https://apa.az/az/xeber/incesenet-xeberleri/-193215 |author =Qasımova Ü.|authorlink= |title='''Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib''' |subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20210920172423/https://apa.az/az/xeber/incesenet-xeberleri/-193215 |archivedate=20 Sep 2021|lang=az |showlang=|responsible=  |website=APA |websiteurl=https://apa.az/ |type= |date=15.07.2010 |accessdate= 20.09.2021|quote= |quoteup= |description= |ref= }}
# {{Sayta istinad|url=https://apa.az/az/xeber/incesenet-xeberleri/-193215 |author =Qasımova Ü.|authorlink= |title='''Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib''' |subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20210920172423/https://apa.az/az/xeber/incesenet-xeberleri/-193215 |archivedate=20 Sep 2021|lang=az |showlang=|responsible=  |website=APA |websiteurl=https://apa.az/ |type= |date=15.07.2010 |accessdate= 20.09.2021|quote= |quoteup= |description= |ref= }}
==Video-çarx==
<youtube width="300" height="180">watch?v=k2cf0-7lyaw</youtube>


{{Yoxlanılmış məqalə}}
{{Yoxlanılmış məqalə}}

10:46, 22 sentyabr 2021 versiyası

Nailə Bədəlova
Bədəlova Nailə Məmməd qızı
Nailə Bədəlova
Nailə Bədəlova.
Doğum tarixi 8 mart 1913(1913-03-08)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 27 may 2000 (87 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Həyat yoldaşı Salman Bədəlov
Uşaqları Fərid Bədəlov və Sevil Bədəlova
Təhsili Kinomexaniklər kursu (Bakı, –1939)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı — 1946"Əməkdə fərqlənməyə görə" medalı — 1967

Nailə Bədəlova (1913–2000) — ilk azərbaycanlı qadın kinomexanik; uzun müddət Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləmişdir.

Haqqında məlumatlar

8 mart 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1939-cu ildə Bakıda kinomexaniklər kursunu bitirib.

Əmək fəaliyyəti

17 aprel 1939-cu il tarixdən Bakıdakı «Bakkommuna» kinoteatrında təcrübəçi kimi əmək fəaliyyətinə başlayıb və

1 yanvar 1940-cı il tarixdən kinomexanik vəzifəsinə keçirilib.

1941 – 1945-ci illərdə Nuxa şəhərindəki “Yeni yol” kino-teatrında, Nuxa rayonundakı Zəyzid, Kiş, Göynük kinoqurğularında filmlər göstərib.

1945 – 1946-cı illərdə Bakı kinostudiyasında,

1948-ci ildə «Bakı» kinoteatrında,

1949 – 1972-ci illərdə Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləyib.

Təltif və mükafatları

Vəfatı

27 may 2000-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.

Digər

2010-cu ildə haqqında məqalə dərc olunmuş bir jurnal və bir qəzet, təltif olunduğu 2 fəxri fərmanın özü və bir medalın vəsiqəsi, 1 fotoşəkli, kinomexanik vəsiqəsi və kinostudiyaya buraxılış vəsiqəsi qızı Sevil Bədəlova tərəfindən Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.

Ailəsi

Həyat yoldaşı Salman Bədəlov Böyük Vətən müharibəsi iştirakçısı olub. O, Azərbaycan sovet sənədli filmlər rejissoru Niyazi Bədəlovun (1909–1997) qardaşı idi.

Oğlu: Fərid Bədəlov Azərbaycan Politexnik İnstitutunu bitirib, bir müddət Əfqanıstanda və İranda işləyib, lakin vaxtsız vəfat edib.

Qızı: Sevil Bədəlova Bakı Rəssamlıq Məktəbini və Moskva Universitetinin incəsənət fakültəsini bitirib, müxtəlif illərdə R.Mustafayev adına İncəsənət Muzeyində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib, Qafqaz Universitetinin rəsm bölümünün professoru olub. 2010-cu ildə anasının bəzi sənədlərini Dövlət Film Fonduna təqdim edib (amma təhvil-təslim aktında və KİV-də yayılmış məlumatlarda adı səhvən “Sevinc” kimi göstərilmişdir). 2015-ci ildən Türkiyədə yaşayır və orada pedaqoji fəaliyyətlə məşğuldur.

Ədəbiyyat

  1. Əliyev R. Günəş və gözəllik // Təşviqatçı : jurnal. — 1967. — В. noyabr. — № 22. — Səh. 25–26.
  2. Cəbrayılov M., Ziyadov B. Qanadlanan arzular // Bakı : qəzet. — 1968. — В. 20 may. — Səh. 3.
  3. Qasımova Ü. Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib : [arx. 20.09.2021] // APA. — 2010. — 15 iyul. — Müraciət tarixi: 20.09.2021.

Video-çarx