Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Nailə Bədəlova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:06, 20 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nailə Bədəlova
Bədəlova Nailə Məmməd qızı
Nailə Bədəlova
Nailə Bədəlova.
Doğum tarixi 8 mart 1913(1913-03-08)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 27 may 2000 (87 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Uşağı Sevinc Bədəlova
Təhsili Kinomexaniklər kursu (Bakı, –1939)
Mükafatları "Əmək igidliyinə görə" medalı  — 1967

Nailə Bədəlova (1913–2000) — ilk azərbaycanlı qadın kinomexanik.

Haqqında məlumatlar

8 mart 1913-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1939-cu ildə Bakıda kinomexaniklər kursunu bitirib.

Əmək fəaliyyəti

17 aprel 1939-cu il tarixdən Bakıdakı «Bakkommuna» kinoteatrında təcrübəçi kimi əmək fəaliyyətinə başlayıb və

1 yanvar 1940-cı il tarixdən kinomexanik vəzifəsinə keçirilib.

1945 – 1946-cı illərdə Bakı kinostudiyasında,

1948-ci ildə «Bakı» kinoteatrında,

1949 – 1972-ci illərdə Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləyib.

Təltif və mükafatları

Vəfatı

27 may 2000-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.

Digər

2010-cu ildə Nailə Bədəlova haqqında məqalə dərc olunmuş bir jurnal və bir qəzet, Nailə Bədəlovanın təltif olunduğu 2 fəxri fərmanın özü və bir medalın vəsiqəsi, Nailə Bədəlovanın 1 fotoşəkli, kinomexanik vəsiqəsi, kinostudiyaya buraxılış vəsiqəsi Nailə Bədəlovanın qızı Sevinc Bədalova tərəfindən Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.

Nailə Bədəlova Azərbaycan sovet sənədli filmlər rejissoru Niyazi Bədəlovun (1909–1997) qardaşının həyat yoldaşıdır.

Ədəbiyyat

  1. (Nailə Bədəlova haqqında məqalə) // Bakı : qəzet. — 1965. — В. 20 may.
  2. (Nailə Bədəlova haqqında məqalə) // Təşviqatçı : jurnal. — 1967. — В. noyabr.
  3. Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib // APA. — 2010. — 15 iyul. — Müraciət tarixi: 20.09.2021.