Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Nail Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:25, 25 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nail Məmmədov
Məmmədov Nail Həmzət oğlu
Nail Məmmədov
Nail Məmmədov, 2019-cu il
Doğum tarixi 26 avqust 1983 (1983-08-26) (40 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı

Nail Məmmədov (Məmmədov Nail Həmzət oğlu ; d.  1983, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki Bələdiyyəsi vergilərin yığımı şöbəsində vergi müfəttişi (2015-ci ildən). Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir. Şəkinin görkəmli ziyalılarından biri olmuş Baxşəli Axundovun nəticəsidir.

Haqqında məlumatlar

1983-cü ildə Şəki şəhərində anadan olub. Şəki şəhər 18 saylı ərəb-fars təmayüllü orta məktəbini qurtardıqdan sonra, 1999-cu ildə Şəki Texnologiya Texnikumuna daxil olmuş və buranı gömrükxana işi ixtisası üzrə bitirmişdir. 2001-2003-cü illərdə hərbi xidmətdə olub. Şəki Mərkəzi Rayon Xəstəxanasında kassir və mühasib vəzifələrində işlədikdən sonra, 2015-ci ildə Şəki Bələdiyyəsinin vergilərin yığımı şöbəsində vergi müfəttişi vəzifəsində fəaliyyətini davam etdirib.

Həmçinin, bax:

Mənbələr

Şablon:Yaxşı məqalə