Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Namiq Əhmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:N]]{{ensiklopedikləşdirmək}}
+
[[Kateqoriya:N]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]{{ensiklopedikləşdirmək}}
 
{{Alim
 
{{Alim
 
  |Adı                  = Namiq Əhmədov
 
  |Adı                  = Namiq Əhmədov
Sətir 37: Sətir 37:
 
== Mənbə ==
 
== Mənbə ==
 
*Araz Yaquboğlu. Tələbə dünyası. Bakı: [[Elm və təhsil nəşriyyatı|"Elm və təhsil"]], 2011.
 
*Araz Yaquboğlu. Tələbə dünyası. Bakı: [[Elm və təhsil nəşriyyatı|"Elm və təhsil"]], 2011.
 
[[Kateqoriya:Azərbaycan alimləri]]
 
[[Kateqoriya:Azərbaycanlı alimlər]]
 
[[Kateqoriya:Şəkidə doğulanlar]]
 
[[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]]
 
[[Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları]]
 

00:43, 19 may 2020 versiyası

Namiq Əhmədov
Namiq Abduləvvəl oğlu Əhmədov
Namiq Əhmədov
Doğum tarixi 1949(1949-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor

Əhmədov Namiq Abduləvvəl oğlu — fizika-riyaziyyat elmləri doktoru (1991).

Həyatı

Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində müəllim ailəsində dünyaya gəlib. 1956-cı ildə Şəki şəhərindəki 12 saylı orta ümumtəhsil məktəbinə daxil olub, 1966-cı ildə oranı bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olub və 1971-ci təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təyinatla 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya daxil olub və SSRİ EA-nın Bioüzvikimya İnstitutuna ezam edilib. Orada "Oliqopeptidlərin nəzəri konformasiya analizi" mövzusunda dissertasiya işi yazıb. 1975-ci ildə aspiranturanı qurtardıqdan sonra təyinatla Azərbaycan Dövlət Universitetində işə qəbul olunub. 1976-cı ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə Moskva şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda "Peptid hopmonlarının quruluş-funksiya əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.

1975-ci ildən indiyə qədər Bakı Dövlət Universitetində çalışır. Hazırda Bakı Dövlət Universitetindəki Fizika Problemləri Elmi-tədqiqat institutunun "Nəzəri fizika" şöbəsində baş elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirir. Elmi-tədqiqat işləri müxtəlif biomolekulların fəza quruluşlarının öyrənilməsinə həsr olunmuşdur. Beş elmlər namizədi və bir elmlər doktoru yetişdirmişdir. 180-dən çox elmi əsərin müəllifidir. Bu nailiyyətlərinə görə biofizika ixtisası üzrə professor elmi adı alıb.

Ailəlidir. İki qızı, üç nəvəsi var.

Mənbə