Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Namiq Həmidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Namiq Həmidov
Həmidov Namiq Lütvəli oğlu
Namiq Həmidov
Namiq Həmidov.
Şəxsi məlumatlar
Doğum tarixi 17 aprel 1955 (1955-04-17) (69 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı İntizar
Uşaqları Vüsal, Tural və Günel

Musiqi aləti tar
Təhsili

 • Şəki Musiqi Texnikumu, xalq çalğı alətləri şöbəsi (1970–1974)

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, xalq çalğı alətləri şöbəsi, tar və dirijorluq ixtisası (1974–1979)
facebook səhifəsi

Namiq Həmidov — tanınmış musiqiçi-pedaqoq və tarzən. 1980-cı illərdə Şəki Musiqi Texnikumunun direktoru olmuş, sonralar uzun müddət Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2021-ci ilin noyabr ayından əmək təqaüdündədir.

Haqqında məlumatlar

17 aprel 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1965 – 1970-ci illərdə Nuxa/Şəki şəhər 1 №-li uşaq musiqi məktəbinin tar sinfində,

1970 – 1974-cü illərdə Şəki Musiqi Texnikumunun xalq çalğı alətləri şöbəsində,

1974 – 1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1979 – 1981-ci illərdə Şəki Musiqi Texnikumunda xalq çalğı alətləri şöbəsinin müdiri və təlim-tərbiyə işləri üzrə direktorun müavini,

1981 – 1989-ci illərdə Şəki Musiqi Texnikumunun direktoru,

1989 – 1991-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında musiqi müəllimi,

1991 – 1998-ci illərdə Şəki Pedaqoji Texnikumunda musiqi müəllimi,

1991 – 2021-ci illərdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ailəsi

Evlidir, iki oğlu, bir qızı və dörd nəvəsi var.