Namiq Rəşidov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 22:55, 13 iyun 2021 tarixli redaktə
Namiq Rəşidov
ukr.: Рашидов Намік Мамед огли
Namiq Rəşidov
Namiq Rəşidov, 2012-ci il.
Doğum tarixi 14 iyun 1950 (1950-06-14) (73 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Ukrayna
Elm sahəsi fizika
İş yeri Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Universitetinin bitki fiziologiyası və biokimyası kafedrası (müdir)
Elmi dərəcəsi biologiya elmləri doktoru
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1968–1973)

Ukrayna SSR EA Bitki Fiziologiyası İnstitutu, aspirantura (1976–1979)

Namiq Rəşidov — biologiya elmləri doktoru, Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Universitetinin bitki fiziologiyası və biokimyası kafedrasının müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin mühazirəçi, Ukrayna Milli Elmlər Akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun Signal Sistemlərin Biofizikası laboratoriyasının müdiri.

Haqqında məlumatlar

14 iyun 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1958-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbində təhsil almağa başlayıb.

1961-ci ildən, ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq, orta təhsilini Bakı şəhər 39 №-li orta məktəbində davam etdirib.

1968 – 1973-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində,

1976 – 1979-cu illərdə Ukrayna SSR EA Bitki Fiziologiyası İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1983-cü ildə Moskvada – SSRİ Elmlər Akademiyasının Biofizika İnstitutunda, radiobiologiya sahəsi üzrə namizədlik dissertasiyasını,

1994-cü ildə Kiyevdə – Ukrayna Milli Elmlər Akademiyasının Onkologiya və Radiobiologiya İnstitutunda, doktorluq dissertasiyasını müdafiə edib.

400 dən artıq elmi işin (monoqrafiya, məqalə, patent və sair) müəllifidir və bir çox beynəlxalq elmi layihələrdə fəal iştirak edib. Amerika və Avropada həyata keçirilən çox sayda konqres, konfrans və simpoziumlarda mühazirə ilə çıxış edib.

Əmək fəaliyyəti

1973 – 1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Radiasiya Tədqiqatları Bölməsində baş mühəndis vəzifəsində çalışıb.

1982 – 1989 illərdə Azərbaycan SSR Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində işləyib.

1996-cı ildən Ukrayna Milli Elmlər akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun Signal Sistemlərin Biofizikası laboratoriyasının müdiridir.

1999-cu ildən Taras Şevçenko adına Kiyev Milli Universitetinin mühazirəçisidir.

2005-ci ildən Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Universitetinin (2008-ci ilədək: Ukrayna Milli Aqrar Universiteti) bitki fiziologiyası və biokimyası kafedrasının müdiridir.

Digər

Ukrayna Milli Radasının Əhalinin Şüalanmadan Qoruma Komitəsinin üzvüdür. Çernobıl qəzasından sonra yaranmış fəsadların aradan qaldırılması istiqamətində fəaliyyətinə və xidmətlərinə görə Ukrayna Çernobıl Cəmiyyətinin “Xidmətə görə” (2013) və “2-сi dərəcəli ÇAES xatirəsi” (2016) ordenləri ilə təltif olunub.

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
Telli bəyim Cəfər ağa qızı Şəkixanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Rəşidov Namiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 467 – 468. — 1.000 nüsx.
  2. "Намик Рашидов доктор биологических наук". http://rashidov.arbat.name/ (русский). Arbat. 14 Aug 2013 – 17 Jul 2020 tarixində arxivləşdirilib.
  3. "Namik Mehmed oglu Rashydov". https://icbge.org.ua/ (English). Institute of Cell Biology and Genetic Engineering. 7 Mar 2019 – 24 Jul 2020 tarixində arxivləşdirilib.