Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Namiq Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:56, 12 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Namiq Rəşidov
Namiq Məmməd oğlu Rəşidov
Namiq Rəşidov
Doğum tarixi 14 iyun 1950 (1950-06-14) (73 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Ukraine.svg Ukrayna
Elm sahəsi Fizika
İş yeri Taras Şevçenko adına Kiyev Universitetinin lektoru (1999-cu ildən); Ukrayna Milli Akademiyası Hüceyrə Biologiyası və Gen Mühəndisliyi İnstitutunun Biofizika və Radiobiologiya şöbəsinin laboratoriya müdiri (1996-cı ildən); Ukrayna Milli Aqrar Universitetinin bitki fiziologiyası və biokimyası kafedrasının müdiri (2006-cı ildən)
Elmi dərəcəsi biologiya elmləri doktoru
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları “Çernobılın bərpası” döş nişanı
http://rashidov.arbat.name/

Namiq Məmməd oğlu Rəşidov – azərbaycanlı alim, biologiya elmləri doktoru, Ukrayna Milli Akademiyası Hüceyrə Biologiyası və Gen Mühəndisliyi İnstitutunun Biofizika və Radiobiologiya şöbəsinin laboratoriya müdiri (1996-cu ildən), Taras Şevçenko adına Kiyev Universitetinin lektoru (1999-cu ildən), Ukrayna Milli Aqrar Universitetinin bitki fiziologiyası və biokimyası kafedrasının müdiri (2005-ci ildən). Səksəndən çox elmi işin müəllifi, yaxud həmmüəllifidir.

Həyatı

1950-ci ildə Şəkidə anadan olub. İbtidai təhsilini 10 saylı orta məktəbdə alıb və 1960-cı ildə ailəsinin Bakıya köçməsi ilə əlaqədar təhsilini Bakıdakı 36 saylı orta məktəbdə davam etdirib.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olan Namiq Rəşidov tələbəlik illərində xüsusi qabiliyyətinə və savadına görə seçildiyindən diplom işini Moskvada müdafiə edərək ali təhsilə yiyələnib. 1976-cı ilə qədər Azərbaycan EA-nın “Radiasiyalı tədqiqatlar” bölməsində işləyib. 1976-cı ildə Kiyevdə aspiranturaya daxil olur və 1982-ci ildə biologiya elmləri namizədi kimi oranı bitirir. Elmi araşdırmalarını davam etdirən Namiq Rəşadov 1994-cü ildə radiobiologiya üzrə biologiya elmləri doktoru alimlik dərəcəsinə yiyələnir. 1982-ci ildən 1990-cı ilədək Azərbaycan EA-nın Bioloji mərkəzində baş elmi işçi vəzifəsində çalışıb. Bundan sonra öz elmi fəaliyyətini Ukraynanın paytaxtında davam etdirir.

Ana dilindən başqa həm də rus, ukrayna, türk və ingilis dillərində sərbəst danışır.

İctimai fəallığı

Namiq Rəşidov 2001 ci ildən Ukrayna Radiobiologiya Yoldaşlıq Cəmiyyətinin sədrinin müavini, 1989-cu ildən Ukrayna Fizioloqları Yoldaşlıq Cəmiyyətinin üzvüdür.

Mükafatları

1979-сu ildə Azərbaycan SSR Elmlər Akademiyasının rəyasət heyəti tərəfindən gənc tədqiqatçı fəaliyyətinə görə, 2003 - 2004-cü illərdə Ukrayna Elmi-Texniki Mərkəzi təşkilatı tərəfindən NASA-ESA layihəsinə görə, 1992-ci ildə “Çernobılın bərpası” döş nişanı ilə - təqdim etdiyi elmi layihəyə görə mükafatlanıb.

Beynəlxalq əməkdaşlıq

1991-ci ildə Türkiyədəki Ankara və Akdeniz (Antaliya) universitetləri ilə, 1998-ci ildə Almaniyadakı Humbolt universitetinin eksperimental biofizika şöbəsi ilə, 2001-ci ildə Azərbaycandakı Bakı Dövlət Universiteti və Radiasiya Problemləri İnstitutu ilə elmi əməkdaşlıq edib. Şablon:Yaxşı məqalə