Namiq Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 05:52, 17 aprel 2020 tarixli redaktə
Namiq Rəşidov
Namiq Məmməd oğlu Rəşidov
Namiq Rəşidov
Doğum tarixi 14 iyun 1950 (1950-06-14) (73 yaş)
Doğum yeri SSRİ
Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq SSRİ Ukrayna
Elm sahəsi fizika
İş yeri Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Universitetinin bitki fiziologiyası və biokimyası kafedrasının müdiri (2005-ci ildən), Taras Şevçenko adına Kiyev Milli Universitetinin mühazirəçi (1999-cu ildən), Ukrayna Milli Elmlər akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun elmi işlər üzrə müdir köməkçisi və həmən institutun Signal Sistemlərin Biofizikası laboratoriyasının rəhbəri (1996-cı ildən)
Elmi dərəcəsi biologiya elmləri doktoru
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (1968 – 1973)
  • Ukrayna Bitki Fiziologiyası İnstitutu, aspirantura (1976 – 1979)
http://rashidov.arbat.name/

Namiq Məmməd oğlu Rəşidov(Rəşidov Namiq Məmməd oğlu; d.  4 iyun 1950, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, biologiya elmləri doktoru, Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Universitetinin bitki fiziologiyası və biokimyası kafedrasının müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin mühazirəçi, Ukrayna Milli Elmlər akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun elmi işlər üzrə müdir köməkçisi və həmən institutun Signal Sistemlərin Biofizikası laboratoriyasının rəhbəri.

Haqqında məlumatlar

1950-ci ildə Nuxada anadan olub.

1958-ci ildə Nuxa 10 sayli məktəbin birinci sinfinə gedib. 1961-ci ildə ailəsinin Bakiya köçməsi ilə əlaqədar orta təhsilini Bakıda – 39 sayli məktəbdə davam etdirib.

1968 – 1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində oxuyub.

1973 – 1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Radiasiya Tədqiqatları Bölməsində baş mühəndis vəzifəsində çalışıb.

1976 – 1979-cu illərdə Ukrayna Bitki Fiziologiyası İnstitutunun (Kiyev) aspiranturasında təhsil alıb.

1982 – 1989 illərdə Azərbaycan SSR Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında və Azərbaycan Dövlət Universitetində işləyib.

1983-cü ildə Moskvada – SSRİ Elmlər Akademiyasının Biofizika İnstitutunda, radiobiologiya sahəsi üzrə namizədlik dissertasiyası müvəffəqiyyətlə müdafiə edib.

1994-cü ildə Kiyevdə – Ukrayna Milli Elmlər Akademiyasının Onkologiya və Radiobiologiya İnstitutunda, doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

1996-cı ildən Ukrayna Milli Elmlər akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun Signal Sistemlərin Biofizikası laboratoriyasının rəhbəridir.

1999-cu ildən Taras Şevçenko adına Kiyev Milli Universitetinin mühazirəçisidir.

2005-ci ildən Ukrayna Bioresurslar və Təbiətdən İstfadə Universitetinin (2008-ci ilədək Ukrayna Milli Aqrar Unuversiteti) bitki fiziologiyası və biokimyası kafedrasının müdiridir.

400 dən artıq elmi işin (monoqrafiya, məqalə, patent və sair) müəllifidir və bir çox beynəlxalq elmi layihələrdə fəal iştirak edib. Amerika və Avropada həyata keçirilən çox sayda konqres, konfrans və simpoziumlarda mühazirə ilə çıxış edib.

Ukrayna Milli Radasının Əhalinin Şüalanmadan Qoruma Komitəsinin üzvüdür. Çernobıl qəzasından sonra yaranmış fəsadların aradan qaldırılması istiqamətində fəaliyyətinə və xidmətlərinə görə Ukrayna Çernobl Cəmiyyətinin “Xidmətə görə” (2013) və “2-сi dərəcəli ÇAES xatirəsi” (2016) ordenləri ilə təltif olunub.

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
Telli bəyim Cəfər ağa qızı Şəkixanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər

Şablon:Yaxşı məqalə