Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Nasir Mustafazadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nasir Mustafazadə
Mustafazadə Nasir Nadir oğlu
Nasir Mustafazadə
Nasir Mustafazadə.
Doğum tarixi 10 may 1958 (1958-05-10) (65 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Milliyyəti azərbaycanlı
İxtisası iqtisadçı-mühəndis
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı
"Tərəqqi" medalı
Adının digər versiyaları Nasir Mustafazade, Насир Мустафазаде, Насир Мустафазадә

Nasir MustafazadəAzərbaycan Respublikasının əməkdar mühəndisi, “Azəri Servis LTD” MMC-nin direktoru.

Haqqında məlumatlar

10 may 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1975-ci ildə Şəki şəhər 12 №-li orta məktəbini bitirib.

1975 – 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə

1981 – 1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1980-ci ildə Baş Kolxozlararası Tikinti İdarəsinin Şəkidəki 7 nömrəli tikinti trestində əmək fəaliyyətinə başlayıb.

1983 – 1987-ci illərdə Şəkidə yenicə yaranmış Könüllü Yanğından Mühafizə Cəmiyyətinin sədri,

1987 – 1988-ci illərdə isə Şəki şəhər Abadlıq Kombinatının direktoru vəzifəsində çalışıb.

1988-ci ildə seçki yolu ilə Şəki Kommunal Təsərrüfatı Birliyinin baş direktoru seçilib.

1991 – 2004-cü illərdə “Azərkəndsutəchizatı” Dövlət Konserninin 16 nömrəli Mexanikləşdirilmiş Səyyar Dəstəsinin rəisi olub.

2000-ci ildə “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib və həmin vaxtdan bu şirkətin rəhbəridir.

İctimai-siyasi fəaliyyəti

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Təltif və mükafatları

Ailəsi

Ailəlidir, üç övladı, üç nəvəsi var.