Natavan Kələntərova

Natavan Kələntərova — biologiya üzrə fəlsəfə doktoru, AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi katibi və Mərkəzi Məlumat Bazası qrupunun rəhbəri.

Natavan Kələntərova
Kələntərova Natavan Sabir qızı
Natavan Kələntərova
Natavan Kələntərova.
Doğum tarixi 16 fevral 1978 (1978-02-16) (46 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Təhsili

 • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, bakalavriat (–1999)

 • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, magistratura (–2001)

 • AMEA Genetik Ehtiyatlar İnstitutu, aspirantura (2004–2007)

 • AMEA Genetik Ehtiyatlar İnstitutu, doktorantura (2019–)
Adının digər versiyaları Natavan Kelenterova, Natavan Kalantarova, Натаван Келентерова, Натаван Калантарова, Натаван Кәләнтәрова

Haqqında məlumatlar

16 fevral 1978-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1999-cu ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində bakalavriatı,

2001-ci ildə isə magistraturanı bitirib.

2004 – 2007-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun aspiranturasında təhsil alıb.

2019-cu ildə AMEA Genetik Ehtiyatlar İnstitutunun doktoranturasına qəbul olunub.

Əmək fəaliyyəti

2002-ci ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda çalışır, əvvəl kiçik elmi işçi, sonra elmi işçi və daha sonra böyük elmi işçi olub;

2019-cü ildən Mərkəzi Məlumat Bazası qrupunun rəhbəri,

2020-ci ilin əvvəlindən elmi katibdir.

Pedaqoji fəaliyyəti

2019-cu ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur.

Elmi fəaliyyəti

2013-cü ildə biologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

“Müxtəlif ploidli tut (Morus L.) sort və formalarının tək nukleotid polimorfizmi əsasında genotipləşdirilməsi və spesifik mutasiyaların identifikasiyası” mövzusu üzrə tədqiqat işini davam etdirir. Apardığı elmi tədqiqat işlərinə aid 21 elmi əsəri dərc olunmuşdur.

Ədəbiyyat

  1. Rəhbərlik : Elmi Katib : [arx. 20 Mar 2016 - 4 Feb 2023] : [azərb.] // AMEA Genetik Ehtiyatlar İnstitutu. — Müraciət tarixi: 21.05.2023.