Nazim Bilalov (1929–2001) — tanınmış mədəniyyət işçisi, teatr xadimi və aktyor, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının ilk direktoru.

Nazim Bilalov
Bilalov Nazim Məmməd oğlu
Nazim Bilalov
Nazim Bilalov.
Doğum tarixi 26 aprel 1929(1929-04-26)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 yanvar 2001 (71 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Nuxa Tibb Məktəbi, feldşer şöbəsi (1946–1949)

 • Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr/İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi (qiyabi, 1962–1968)

Haqqında məlumatlarRedaktə

25 aprel 1929-cu il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

TəhsiliRedaktə

1935 – 1945-ci illərdə Nuxa şəhər 6 №-li orta məktəbində,

1946 – 1949-cu illərdə Nuxa Tibb Məktəbinin feldşer şöbəsində,

1962 – 1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr/İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində (qiyabi) təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1952-сi ilədək Bakı şəhər səhiyyə şöbəsində feldşer,

1953-cü ildən Azərbaycan dəmir yolunda sanitar epidemioloji qatarın rəisi,

1957 – 1975-ci illərdə Nuxa şəhər klubunun müdiri, Mirzə Fətəli Axundzadə adına Nuxa şəhər mədəniyyət evinin əvvəl bədii rəhbəri, sonra direktoru, Şəki şəhər Cəfər Cabbarlı adına mədəniyyət evinin direktoru,

1975 – 1993-cü illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

DigərRedaktə

Feldşer işlədiyi dövrdə Bakıda – tibb işçiləri mədəniyyət evində və Nuxa şəhər xalq teatrında aktyor kimi fəaliyyət göstərib.

VəfatıRedaktə

25 yanvar 2001-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib.

ƏdəbiyyatRedaktə

  1. Rəhimli İ. Nazim Bilalov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 81-83. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.