Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Nicat İmamverdiyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:31, 19 fevral 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nicat
İmamverdiyev
İmamverdiyev Nicat Məhərrəm oğlu
Nicat İmamverdiyev
Nicat İmamverdiyev.
Doğum tarixi 19 fevral 1995(1995-02-19)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 16 oktyabr 2020 (25 yaşında)
Vəfat yeri Tərtər rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Məhərrəm İmamverdiyev
Anası Çimnaz İsmayılzadə
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2013 – 2014; 2020
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Nicat İmamverdiyev (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar

19 fevral 1995-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2001 – 2010-cu illərdə Şəki şəhər 1 saylı tam orta məktəbində doqquzillik natamam-orta təhsil,

2010 – 2013-cü illərdə isə Şəki şəhər 1 saylı Texniki Peşə Məktəbində elektrik qaz qaynaqçısı ixtisası üzrə texniki peşə təhsili və tam orta təhsil alıb.

Əmək fəaliyyəti

2010 – 2013-cü illərdə peşə məktəbində təhsil alarkən paralel olaraq avtomobil təmiri sexində usta köməkçisi olub.

2014-cü ildə hərbi xidmətini başa vurduqdan sonra bir il öz ixtisası üzrə işlərdə çalışıb.

2015-ci ildən isə Şəkidəki “Ekonom market”də nəzarətçi-satıcı işləyib.

Hərbi xidmətdə

7 aprel 2013-cü il tarixdən 1 oktyabr 2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından sonra yenidən hərbi xidmətə çağırılıb. Tərtər rayonunda gedən döyüşlərdə iştirak edib.

Şəhid olması

16 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

21 oktyabr 2020-ci il tarixdə nəşi ailəsinə təhvil verilib.

22 oktyabr 2020-ci il tarixdə Şəkidə Yuxarıbaş qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailənin tək övladı idi və subay idi.

Xatirəsi

2021-ci ildə Şəkidə adını daşıyan bulaq kompleksi istifadəyə verilib.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : NİCAT Məhərrəm oğlu İmamverdiyev : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  5. Bəhram Çələbi. Şəki şəhidləri: İki evin iki tək övladı : [arx. 28.09.2022] // Azvision.az. — 2021. — 3 yanvar. — Müraciət tarixi: 15.10.2022.

Video