Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Nicat Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:13, 17 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nicat Əhmədov
Əhmədov Nicat Faiq oğlu
Nicat Əhmədov
Nicat Əhmədov.
Doğum tarixi 31 yanvar 1971 (1971-01-31) (53 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of the Soviet Union.svg SSRİ
İş yeri Bakı Dövlət Universiteti, maddə quruluşu kafedrası (müəllim)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərabaycan Dövlət Universiteti/M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti (1987–1992)

 • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, əyani aspirantura (1993–1996)
Atası Faiq Əhmədov

Nicat Əhmədov — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasının müəllimi.

Haqqında məlumatlar

31 yanvar 1971-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1987-ci ildə Bakı şəhər 244 №-li orta məktəbini bitirib.

1987 – 1992-ci illərdə S.M.Kirov adına Azərabaycan Dövlət Universitetində/M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində,

1993 – 1996-cı illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1995-cı ildə professor E.Ə.Məsimovun rəhbərliyi altında “Beyin peptidləri molekullarının quruluş təşkili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 30-dan artıq elmi məqalənin və 1 kitabın müəllifidir.

Əmək fəaliyyəti

1992-ci ildən Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasında işləyir; o cümlədən,

1992 – 1996-cı illərdə baş laborant,

1996-cı ildən isə müəllim vəzifəsində çalışır.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Nicat // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 203-204. — 1.000 nüsx.
  2. Əhmədov Nicat Faiq oğlu : [arx. 11 May 2010 - 24 Feb 2020] // Bakı Dövlət Universiteti, fizika fakültəsi. — Müraciət tarixi: 17.10.2021.