Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Nikolay Dubrovin

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:N{{Alim |Adı = Nikolay Dubrovin |Orijinal adı = Николай Фёдорович Дубровин |Şəkil =...' ilə yarat) tərəfindən edilmiş 18:36, 25 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Nikolay Dubrovin
Николай Фёдорович Дубровин
Nikolay Dubrovin
Doğum tarixi 8 dekabr 1837(1837-12-08)
Doğum yeri Korıtovo kəndi(ru), Velikolukski qəzası(ru), Pskov quberniyası(ru), Rusiya İmperiyası
Vəfat tarixi 12 iyun 1904 (66 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya İmperiyası
Vətəndaşlıq Rusiya İmperiyası
Elm sahəsi tarix
Atası Fyodor
Mükafatları

II dərəcəli Müqəddəs Vladimir ordeniIII dərəcəli Müqəddəs Vladimir ordeniIV dərəcəli Müqəddəs Vladimir ordeniAğ qartal ordeni (Rusiya)
I dərəcəli Müqəddəs Anna ordeniII dərəcəli Müqəddəs Anna ordeniIII dərəcəli Müqəddəs Anna ordeni

I dərəcəli Müqəddəs Stanislav ordeniII dərəcəli Müqəddəs Stanislav ordeniIII dərəcəli Müqəddəs Stanislav ordeni
Commons-logo.svg Commonsda da Nikolay Dubrovin ilə əlaqəli mediafayllar var

Nikolay Dubrovin (8 dekabr 1837(1837-12-08), Korıtovo kəndi(ru) (indiki Pskov vilayətinin Velikolukski rayonunda(ru) ) — 25 iyun 1905(1905-06-25), Sankt Peterburq) — tarixçi, akademik, general-leytenant.

Bioqrafiya

Nikolay Fyodoroviç Dubrovin

Polşa kadet korpusunda(ru) (1853) və Konistantinov artilleriya məktəbində(ru) (1856) təhsil almışdır. Mixaylov artilleriya akademiyasını(ru) bitirdikdən sonra Leyb-qvardiyada(ru) – I artilleriya briqadasında, daha sonra qvardiya korpusunun artilleriya qərargahında və Peterburq dairə artilleriya idarəsində xidmət etmişdir. 1869-cu ildə hərbi-tarixi mövzular üzərində işləməsi üçün Baş qərargaha(ru) ezam olunur. 1878-ci ildə general-mayor rütbəsi alır, 1882-ci ildə Baş qərargah yanında hərbi təhsil komitəsinə üzv təyin edilir. 1888-ci ildə rütbəsi artırılır – general-leytenant olur[1].

1886-cl ildən — Peterburq Elmlər Akademiyasının üzvü, 1893-cü ildən — Peterburq Elmlər Akademiyasının mövcud bütün tarixlər üzrə baş elmi katibi(ru) idi.

Nikolay Dubrovin hərbi-ədəbi fəaliyyətə 1859-cu ildən – “Artilleriya Jurnalı”nda(ru) dərj olunmuş məqalələri ilə və "Rassvet" jurnalında dərv olunmuş “Dünya üçün ağıl” (rus.: Ум для света) adlı povesti ilə başlamışdır. Daha sonra o, başlıca olaraq, rus hərb tarixini tədqiq etməyə çalışmış, Napolyonun Rusiyaya hücumunu (1812)(ru) (rus.: Отечественная война 1812 года), Qafqaz müharibəsini və Krım müharibəsini ilk olaraq arxiv materialları əsasında işıqlandırmışdır.

Tanınmış hərb tarixçisi Lübomir Beskrovnıya(ru) görə,

" N. K. Dubrovin XIX əsrin ikinci yarısının hərb tarixçiləri arasında xüsusi yer tutur. O, həmin dövrün hərb tarixi elmində məxsusi dəsti-xəttə malik olmaqla başqalarından fərqlənirdi. N. K. Dubrovinin maraq dairəsi geniş idi. O, hərb tarixi məsələləri ilə yanaşı, həm də Rusiyanın diplomatik və daxili siyasət tarixi ilə məşğul olmuşdu[2]. "

Hərbi-tarixi mövzuda əsas əsərlərinin siyahısı

İstinadlar

  1. Список генералам по старшинству(ru). Составлен по 1-е мая 1904 года. СПб., 1904, с. 160.
  2. Бескровный Л. Г. Очерки военной историографии России. — М., 1962, с. 241.

Ədəbiyyat

  • А. Куник. Записка об ученых трудах Н. Ф. Дубровина. СПб., 1890.
  • В. Е. Рудаков. Учёно-литературная деятельность Н. Ф. Дубровина «Исторический Вестник», 1904, № 9.
  • В. Н. Строев. Воспоминания, «Русская старина», 1904.
  • Перечень некрологов — в № 7, «Исторического Вестника» за 1904 г.
  • Дубровин Николай Фёдорович // Энциклопедия Санкт-Петербурга.
  • Список генералам по старшинству(ru). — Составлен по 1 мая 1903 года. — : Воен. тип., 1903. — С. 163.
  • Л. Г. Бескровный. Очерки военной историографии России. М., 1962.

Xarici linklər