Niyazi Bədəlov
Niyazi Bədəlov | |
---|---|
Bədəlov Niyazi Mustafa oğlu | |
Niyazi Bədəlov. | |
Doğum tarixi | 10 iyul 1909 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 2 noyabr 1997 (88 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | rejissor |
Təhsili | Dövlət Kinematoqrafiya İnstitutu(ru) (1931–1936, Moskva) |
Fəaliyyət illəri | 1938–1989 |
Niyazi Bədəlov (1909–1997) — Azərbaycan sovet sənədli filmlər rejissoru.
Haqqında məlumatlar
10 iyul 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Atası Mustafa Bədəlov saatsaz olsa da 1894-cü ildə Nuxada açılmış “Üsuli-sövtiyyə” məktəbinin 3 əsas təşəbbüskarından biri idi.
Təhsili
1931 – 1936-cı illərdə Dövlət Kinematoqrafiya İnstitutunda(ru) (Moskva) təhsil alıb.
Əmək fəaliyyəti
1927-ci ildə Nuxadakı “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilib.
1936-cı ildən isə Bakıda “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb.
1938 – 1939-cu illərdə Azərbaycan Dövlət Teatr Texnikumunun kino aktyorluğu şöbəsində kino texnikası fənnindən dərs deyib.
1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamı ilə özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaradıb və bir müddət həmin teatrın bədii rəhbəri vəzifəsində çalışıb.
Yaradıcılığı
“Azərbaycanfilm” kinostudiyasında əvvəlcə “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini çəkib. Daha sonra isə H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, işi başa çatdıra bilməyiblər. Lakin Niyazi Bədəlov çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmi hazırlayıb. Film Böyük Vətən müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunub. “Sovqat” bədii filmi istisna olmaqla Niyazi Bədəlov bütün rejissor fəaliyyəti boyu yalnız sənədli filmlərin çəkilişi ilə məşğul olmuşdur.
1941-ci ilin əvvəllərində “Böyük həyat”, “Tüfəngli adam”, “Oyanmış torpaq” və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.
Ümumilikdə 40-a qədər sənədli film, “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib.
Filmoqrafiya
Rejissor kimi
- Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film).
- Niyazi BədəlovKomsomol nəsli (film, 1938) (qısametrajlı sənədli film).
- Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film).
- Biz Bakını müdafiə edirik (film, 1942) (qısametrajlı sənədli film).
- Sovqat (film, 1942) (qısametrajlı bədii film).
- General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film).
- Bakıda tikinti (film, 1946) (sənədli film).
- Dağlıq Qarabağ (film, 1948) (qısametrajlı sənədli film).
- Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film).
- Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film).
- İlk müjdələr (film, 1960) (qısametrajlı sənədli film).
- Yeddiilliyin adamları və illəri (film, 1960) (qısametrajlı sənədli film).
- Bizim mayaklar (film, 1961) (qısametrajlı sənədli film).
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film).
- Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film).
- Dostluq yolu ilə (film, 1964) (qısametrajlı sənədli film).
- Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film).
- Kirov Azərbaycanda (film, 1966) (qısametrajlı sənədli film).
- Hanı mənim övladlarım? (film, 1967) (tammetrajlı sənədli film).
- Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968) (qısametrajlı sənədli film).
- Xalq şairi Səməd Vurğun (film, 1969) (qısametrajlı sənədli film).
- Lenin bizimlədir (film, 1970) (qısametrajlı sənədli film).
- Dağlarda ada (film, 1971) (qısametrajlı sənədli film).
- Dostluq telləri (film, 1971) (qısametrajlı sənədli film).
- Əli Bayramlı (film, 1971)(I) (qısametrajlı sənədli film).
- Bizim katib (film, 1972) (qısametrajlı sənədli film).
- Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film).
- Onun adı Serafino idi (film, 1974) (qısametrajlı sənədli film).
- Şərəfli yol (film, 1974) (qısametrajlı sənədli film).
- Şəki heyvandarlıq kompleksi (film, 1975) (qısametrajlı sənədli film).
- Üzüm tənəyinin xəstəlikləri (film, 1975) (qısametrajlı sənədli film).
- Üç qardaş (film, 1976) (qısametrajlı sənədli film).
- Estafet (film, 1982) (qısametrajlı sənədli film).
- Əbədi iz (film, 1985) (qısametrajlı sənədli film).
- Xəzər üzərində körpü (film, 1988) (qısametrajlı sənədli film).
Azərbaycan dilinə dublyajın rejissoru kimi
- Bakılılar (film, 1938) (tammetrajlı bədii film).
Ssenari müəllifi kimi
- Komsomol nəsli (qısametrajlı sənədli film).
- Sovet gimnastları (qısametrajlı sənədli film).
- General Həzi Aslanov (qısametrajlı sənədli film).
- Dağlıq Qarabağ (qısametrajlı sənədli film).
- Məhəmməd Füzuli (qısametrajlı sənədli film).
- İlk müjdələr (qısametrajlı sənədli film).
- Yeddiilliyin adamları və illəri (qısametrajlı sənədli film).
- Bizim mayaklar (qısametrajlı sənədli film).
- Dostluq yolu ilə (qısametrajlı sənədli film).
- Kirov Azərbaycanda (qısametrajlı sənədli film).
- Hanı mənim övladlarım? (tammetrajlı sənədli film).
- Azərbaycan pedaqoji institutu-50 (qısametrajlı sənədli film).
- Burada başlanmışdır (qısametrajlı sənədli film).
- Estafet (qısametrajlı sənədli film).
- Əbədi iz (qısametrajlı sənədli film).
İkinci rejissor kimi
- Ordenli Azərbaycan (qısametrajlı sənədli film).
Rejissor assistenti kimi
- Xəzər dənizçiləri (tammetrajlı sənədli film).
Bədii rəhbər kimi
- Uzunömürlülər (qısametrajlı sənədli film).
Aktyor kimi
- Əlaqə (tammetrajlı bədii film) (rol: qoca).
Vəfatı
2 noyabr 1997-ci il tarixdə – 88 yaşında, Bakıda vəfat edib.
Xatirəsi
24 iyul 2009-cu il tarixdə Bakıdakı Muzey Mərkəzində 100 illik yubileyi qeyd edilmişdir; Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quluyev, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və başqaları Niyazı Bədəlovun Azərbaycan kinosuna töhfələrindən danışmış, onun xidmətlərini yüksək qiymətləndirmişlər.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Bədəlov Niyazi // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 59-60. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- "NİYAZİ BƏDƏLOVUN 100 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR". azertag.az (azərb.). azertag.az. 24.07.2009. 9 Jul 2020 tarixində arxivləşdirilib.
- Mete Ə. Azərbaycan kinosunun veteranı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 495-497. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış kino xadimləri
- 1909-cu ildə doğulanlar
- 10 iyulda doğulanlar
- İyulda doğulanlar
- 2 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə