Nizami İsrafilov
Nizami İsrafilov | |
---|---|
İsrafilov Nizami Şəhriyar oğlu | |
![]() | |
Nizami İsrafilov, 2019 | |
Doğum tarixi | 1 yanvar 1959 |
Doğum yeri |
Nuxa, Nuxa rayonu, ![]() ![]() |
Vətəndaşlıq |
![]() ![]() |
Mənsubiyyəti |
![]() |
Hərbi fəaliyyəti | |
Rütbə |
![]() polkovnik-leytenant |
İstefada | 2015 |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
Nizami İsrafilov (İsrafilov Nizami Şəhriyar oğlu; d. 1 yanvar 1959-cu ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – Qarabağ müharibəsi iştirakçısı, istefada olan polkovnik-leytenant.
Haqqında məlumatlar
1 yanvar 1959-cu il tarixdə Nuxada anadan olub.
Təhsili
1966 – 1976-cı illərdə Nuxa şəhər 11 №-li orta məktəbində təhsil alıb.
1976-cı ildə Azərbaycan Politexnik institutunun Mexanika fakültəsinə daxil olub. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti
1981 – 1988-ci illərdə neft sənayesi sahəsində fəaliyyət göstərən nəqliyyat departamentində müxtəlif vəzifələrdə çalışıb.
1988 – 1992 ci illərdə DOSAF sistemində işləyib.
Hərbi xidmətdə
1992 – 2015-ci illərdə Azərbaycan Milli Ordusunda zabit kimi xidmət edib; Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycanın dövlət sərhədlərinin MDB-nin yuridiksiyadından Azərbaycanın yurisdiksiyasına qəbul edilməsində iştirak etmiş, Azərbaycanın dövlət sərhədləri ilə bağlı müvafiq komissiyasının üzvü olmuşdur.
2015-ci ildən təqaüddədir.
Mükafatları
- III dərəcəli “Qüsursuz xidmətə görə” medalı – 30.08.2005;
- “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918 – 2008)” yubiley medalı – 18.07.2008;
- II dərəcəli “Qüsursuz xidmətə görə” medalı – 18.08.2008;
- “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 – 2009)” yubiley medalı – 18.08.2009;
- III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı – 17.08.2012;
- I dərəcəli “Qüsursuz xidmətə görə” medalı – 18.07.2013;
- “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918 – 2013)” Azərbaycan Respublikasının yubiley medalı – 29.12.2013;
- “General Həzi Aslanov” yubiley medalı (Azərbaycan Respublikası Veteranlar Təşkilatı) – 18.08.2019.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəkidən çıxmış hərbçilər
- Şəxslər (familiya sırası ilə)
- 1 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1959-cu ildə doğulanlar
- Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantları
- "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə