Nizami İsrafilov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 23:58, 1 yanvar 2021 tarixli redaktə
Nizami İsrafilov
İsrafilov Nizami Şəhriyar oğlu
Nizami İsrafilov
Nizami İsrafilov, 2019
Doğum tarixi 1 yanvar 1959 (1959-01-01) (65 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Təhsili Cingiz İldırim adina Azərbaycan Politexnik İnstitutu, mexanika fakültəsi (1976 – 1981)
Hərbi fəaliyyəti
Rütbə
polkovnik-leytenant
İstefada 2015
Təltifləri "Qüsursuz xidmətə görə" III dərəcəli medalı Şablon:"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)""Qüsursuz xidmətə görə" II dərəcəli medalı3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı"Qüsursuz xidmətə görə" I dərəcəli medalı

Nizami İsrafilov (İsrafilov Nizami Şəhriyar oğlu; d. 1 yanvar 1959-cu ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – Qarabağ müharibəsi iştirakçısı, istefada olan polkovnik-leytenant.

Haqqında məlumatlar

1 yanvar 1959-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

1966 – 1976-cı illərdə Nuxa şəhər 11 №-li orta məktəbində təhsil alıb.

1976 – 1981-ci illərdə Cingiz İldırim adina Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb; institutu fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti

1981 – 1988-ci illərdə neft sənayesi sahəsində fəaliyyət göstərən nəqliyyat departamentində müxtəlif vəzifələrdə çalışıb.

1988 – 1992 ci illərdə DOSAF sistemində işləyib.

Hərbi xidmətdə

1992 – 2015-ci illərdə Azərbaycan Milli Ordusunda zabit kimi xidmət edib; Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycanın dövlət sərhədlərinin MDB-nin yuridiksiyadından Azərbaycanın yurisdiksiyasına qəbul edilməsində iştirak etmiş, Azərbaycanın dövlət sərhədləri ilə bağlı müvafiq komissiyasının üzvü olmuşdur.

2015-ci ildən təqaüddədir.

Mükafatları

  1. III dərəcəli “Qüsursuz xidmətə görə” medalı30.08.2005;
  2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918 – 2008)” yubiley medalı18.07.2008;
  3. II dərəcəli “Qüsursuz xidmətə görə” medalı18.08.2008;
  4. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 – 2009)” yubiley medalı18.08.2009;
  5. III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı17.08.2012;
  6. I dərəcəli “Qüsursuz xidmətə görə” medalı18.07.2013;
  7. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918 – 2013)” Azərbaycan Respublikasının yubiley medalı29.12.2013;
  8. “General Həzi Aslanov” yubiley medalı (Azərbaycan Respublikası Veteranlar Təşkilatı) – 18.08.2019.

Şablon:Yaxşı məqalə