Nizami İsrafilov — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Nizami İsrafilov
İsrafilov Nizami Şəhriyar oğlu
Nizami İsrafilov
Nizami İsrafilov, 2019.
Doğum tarixi 1 yanvar 1959 (1959-01-01) (65 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Təhsili Cingiz İldırim adina Azərbaycan Politexnik İnstitutu, mexanika fakültəsi (1976–1981)
Hərbi fəaliyyəti
Rütbə
polkovnik-leytenant
İstefada 2015
Təltifləri "Qüsursuz xidmətə görə" III dərəcəli medalı — 2005"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2008"Qüsursuz xidmətə görə" II dərəcəli medalı — 20093-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı — 2012"Qüsursuz xidmətə görə" I dərəcəli medalı — 2013
facebook səhifəsi

Haqqında məlumatlar Redaktə

1 yanvar 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Redaktə

1966 – 1976-cı illərdə Nuxa şəhər 11 №-li orta məktəbində təhsil alıb.

1976 – 1981-ci illərdə Cingiz İldırim adina Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb; institutu fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti Redaktə

1981 – 1988-ci illərdə neft sənayesi sahəsində fəaliyyət göstərən nəqliyyat departamentində müxtəlif vəzifələrdə çalışıb.

1988 – 1992 ci illərdə DOSAF sistemində işləyib.

Hərbi xidmətdə Redaktə

1992 – 2015-ci illərdə Azərbaycan Milli Ordusunda zabit kimi xidmət edib; Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycanın dövlət sərhədlərinin MDB-nin yuridiksiyadından Azərbaycanın yurisdiksiyasına qəbul edilməsində iştirak etmiş, Azərbaycanın dövlət sərhədləri ilə bağlı müvafiq komissiyasının üzvü olmuşdur.

2015-ci ildən təqaüddədir.

Təltif və mükafatları Redaktə