Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Nizami Nəbiyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Nizami Nəbiyev
Nəbiyev Nizami Kərəm oğlu
Nizami Nəbiyev
Nizami Nəbiyev.

Nizami Nəbiyev (1932–1993) — tanınmış jurnalist, “Şəki” qəzetinin (əvvəlki “Şəki fəhləsi” qəzeti) redaktor müavini və sabiq redaktoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1932-ci ildə Nuxa (indiki Şəki) rayonunun Böyük Dəhnə kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Böyük Dəhnə kənd orta məktəbini bitirib.

1950 – 1955-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1955-ci ildə Ağdaşda çıxan “Pambıq uğrunda mübarizə” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb.

1956 – 1962-ci illərdə “Nuxa fəhləsi” qəzetində,

1962 – 1965-ci illərdə Nuxada çıxan “Lenin bayrağı” qəzetində,

1965 – 1993-cü illərdə isə “Nuxa fəhləsi”/“Şəki fəhləsi”/“Şəki” qəzetində işləyib; o cümlədən, əvvəl şöbə müdiri, sonra məsul katib, daha sonra redaktor müavini,

1979-cu ilin iyul ayından 1992-ci ilin avqust ayınadək redaktor (baş redaktor),

1992-ci ilin avqust ayından sonra isə yenidən redaktor müavini vəzifəsində çalışıb.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

1979 – 1991-ci illərdə Azərbaycan KP Şəki şəhər partiya komitəsi bürosunun üzvü olub. Dörd çağırış şəhər sovetinin deputatı seçilib.

Çoxlu sayda hekayə, oçerk, felyeton və publisistik məqalənin müəllifi, Baba Səmədov haqqında “Qəhrəman mexanizator” kitabının həmmüəllifidir (ikinci həmmüəllif: Sabir Əfəndiyev). Gənc yaşlarında şeir də yazıb.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

26 iyul 1993-cü il tarixdə – 61 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib. 27 iyul 1993-cü il tarixdə Böyük Dəhnə kənd qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Nizami Kərim oğlu Nəbiyev (nekroloq) = Низами Кәрим оғлу Нәбијев // Salis Məmmədov (baş redaktor), Aydın Məmmədov (redaktor) Şəkinin səsi : qəzet. — Şəki: Şəki mətbəəsi, 1993. — В. 4 avqust. — № 6. — Səh. 3.
  2. Qarayev Z. Görkəmli jurnalist // Dəhnə ziyalıları = Ҝөркәмли журналист. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı:  152. — Səh.: 55-61. — 500 nüsx.
  3. Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 374-375. — 500 nüsx.
  4. Orsər R. Nizami Nəbiyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 319-321. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...

...