Novruz Cəfərov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
(Eyni redaktor tərəfindən edilmiş 2 ara dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]{{Teatr xadimi  
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış aktyorlar]]{{Teatr xadimi  
  |Adı              = Novruz Cəfərov
  |Adı              = Novruz Cəfərov
  |Tam adı          = Cəfərov Novruz Adil oğlu  
  |Tam adı          = Cəfərov Novruz Adil oğlu  

09:49, 4 dekabr 2021 versiyası

Novruz Cəfərov
Cəfərov Novruz Adil oğlu
Novruz Cəfərov
Novruz Cəfərov.
Doğum tarixi 13 mart 1953 (1953-03-13) (71 yaş)
Doğum yeri Könüllü kəndi, Şamxor (indiki Şəmkir) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Peşəsi aktyor
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyorluğu fakültəsi (1971–1975)
Fəaliyyət illəri 1975-ci ildən
Teatr

 • Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı (1975–1997)

 • Ağdam Dövlət Dram Teatrı (1997–)

 • Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı (2017–)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2003
facebook səhifəsi

Novruz Cəfərov — tanınmış teatr xadimi, Azərbaycan Respublikasının əməkdar artisti, Ağdam Dövlət Dram Teatrının baş rejissoru, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyoru. Daha əvvəl 21 il Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olub. Ümumiyyətlə, 150-dən çox tamaşada irili-xırdalı, müxtəlif səpgili, komik, dramatik və faciəvi janrlarda rollar oynamış, quruluşçu rejissor kimi neçə-neçə tamaşalar hazırlamış, o cümlədən, bir neçə filmdə də rol getmiş və özü də bir neçə komediya yazmışdır.

Haqqında məlumatlar

13 mart 1953-cü il tarixdə Şamxor (indiki Şəmkir) rayonunun Könüllü kəndində anadan olub.

Təhsili

1971 – 1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1975 – 1997-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyib.

1997-ci ildən Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının truppasındadır.

2017-ci ildə həm də Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edilib.

Təltif və mükafatları

Ailəsi

Ailəlidir. İki övladı və beş nəvəsi var.

Ədəbiyyat

  1. Rəhimli İ. Novruz Cəfərov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 269-273. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
  2. Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb : [arx. 16.09.2021] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı.. — 2017. — 2 oktyabr. — Müraciət tarixi: 16.09.2021.
  3. Qocayeva S. Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Novruz Cəfərov mükafatlandırılıb : [arx. 15 May 2019 - 16 Feb 2020] // GəncəNews. — 2019. — 11 may. — Müraciət tarixi: 16.09.2021.

Filmoqrafiya