Nurəddin Bədəlov
Nurəddin Bədəlov | |
---|---|
Bədəlov Nurəddin İbrahim oğlu | |
Nurəddin Bədəlov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 may 1914 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 19 fevral 1985 (70 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya İmperiyası→ SSRİ |
Uşaqları | İntizar Bədəlova, Hicran İsmayılova |
|
|
Təhsili | Azərbaycan Dövlət Konservatoriyası, şərq şöbəsi, kamança ixtisası (1930) |
Mükafatları |
Nurəddin Bədəlov (1914–1985) — tanınmış kamança ifaçısı və musiqişünas-pedaqoq.
Haqqında məlumatlar
14 may 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
15 – 16 yaşı olanda Nuxada yaşayan muğam ustadlarından, ilk növbədə tarzənlərdən – Əhməd bəy Tahirovdan və Samovar oğlu Çələbidən, kamançaçılardan Məşədi Yusifdən dərs alıb.
1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının şərq şöbəsində kamança ixtisası üzrə təhsil almağa başlayıb.
Əmək fəaliyyəti
1937 – 1947-ci illər arasında Ağdaş rayonunda musiqi müəllimi işləyib.
1947-ci ildən sonra əmək fəaliyyətini Nuxa xalq teatrında, Nuxa/Şəki şəhər mədəniyyət şöbəsinin müəssisələrində, Nuxa/Şəki pionerlər evində davam etdirib.
1951-ci ildə üçüncü çağırış Nuxa rayon zəhmətkeş deputatları Sovetinin dördüncü sessiyasında rayon icraiyyə komitəsi yanında kinolaşdırma şöbəsinin müdiri təyin edilib.
Maraqlı
Bəzi məlumatlara görə Ağdaş rayonunda musiqi müəllimi işləyərkən (1937–1947) gələcəyin tanınmış kaman ustası olacaq kiçik Habil Əliyevə kamança çalmağı öyrədib.
Təltif və mükafatları
- “Əmək igidliyinə görə” medalı (1947).
Vəfatı
19 fevral 1985-ci il tarixdə – 70 yaşında, Şəkidə vəfat edib.
Xatirəsi
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən folklor evi Nurəddin Bədəlovun adını daşıyır.
16 may 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tamaşa zalında anadan olmasının 110 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
Ədəbiyyat
- Üçüncü çağırış rayon zəhmətkeş deputatları Sovetinin sessiyası // Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına Nuxa mətbəəsi, 1951. — В. 28 noyabr. — № 141 (4.665). — Səh. 1.
- Məmmədov Ə., Xalıqov F. Bədəlov Nurəddin // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 58-59. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Təhmirazqızı S. Nurəddin Bədəlov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 60. — 300 nüsx.
- Tanınmış kamança ifaçısının xatirə gecəsi : [arx. 19 May 2024 - 19 May 2024] // Mədəniyyət qəzeti. — 2024. — 19 may. — Müraciət tarixi: 24.05.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış teatr xadimləri
- 1914-cü ildə doğulanlar
- 14 mayda doğulanlar
- Mayda doğulanlar
- 19 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1985-ci ildə vəfat edənlər
- SSRİ-nin "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “Şəkidə ifaçılıq sənəti” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr