Nurəddin Bədəlov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Nurəddin Bədəlov
Bədəlov Nurəddin İbrahim oğlu
Nurəddin Bədəlov
Nurəddin Bədəlov.
Şəxsi məlumatlar
Doğum tarixi 14 may 1914(1914-05-14)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 19 fevral 1985 (70 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası SSRİ
Uşaqları İntizar Bədəlova, Hicran İsmaylova

Təhsili Azərbaycan Dövlət Konservatoriyası, şərq şöbəsi, kamança ixtisası (1930)
Mükafatları "Əmək igidliyinə görə" medalı  — 1947

Nurəddin Bədəlov (1914–1985) — tanınmış kamança ifaçısı və musiqişünas-pedaqoq.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

14 may 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

15-16 yaşı olanda Nuxada yaşayan muğam ustadlarından, ilk növbədə tarzənlərdən – Əhməd bəy Tahirovdan və Samovar oğlu Çələbidən, kamançaçılardan Məşədi Yusifdən dərs alıb.

1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının şərq şöbəsində kamança ixtisası üzrə təhsil almağa başlayıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1937 – 1947-ci illər arasında Ağdaş rayonunda musiqi müəllimi işləyib.

1947-ci ildən sonra əmək fəaliyyətini Nuxa xalq teatrında, Nuxa/Şəki şəhər mədəniyyət şöbəsinin müəssisələrində, Nuxa/Şəki pionerlər evində davam etdirib.

1951-ci ildə üçüncü çağırış Nuxa rayon zəhmətkeş deputatları Sovetinin dördüncü sessiyasında rayon icraiyyət komitəsi yanında kinolaşdırma şöbəsinin müdiri təyin edilib.

Maraqlı[Vizual redaktə | HTML redaktə]

Ağdaş rayonunda musiqi müəllimi işləyərkən (1937–1947) gələcəyin tanınmış kaman ustası olacaq kiçik Habil Əliyevə kamança çalmağı öyrədib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

19 fevral 1985-ci il tarixdə – 70 yaşında, Şəkidə vəfat edib.

Xatirəsi[Vizual redaktə | HTML redaktə]

M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən folklor evi Nurəddin Bədəlovun adını daşıyır.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Üçüncü çağırış rayon zəhmətkeş deputatları Sovetinin sessiyası // Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına Nuxa mətbəəsi, 1951. — В. 28 noyabr. — № 141 (4.665). — Səh. 1.
  2. Məmmədov Ə., Xalıqov F. Bədəlov Nurəddin // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 58-59. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. Təhmirazqızı S. Nurəddin Bədəlov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 60. — 300 nüsx.