Nurəddin Həbibullahzadə

Nurəddin Həbibullahzadə (1933–2021) — sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr.

Nurəddin Həbibullahzadə
Həbibullahzadə Nurəddin Yusif oğlu
Nurəddin Həbibullahzadə
Nurəddin Həbibullahzadə.
Anadan olub 16 fevral 1933(1933-02-16)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 7 noyabr 2021 (88 yaşında)
Uşaqları Gülnaz Əsgərzadə, Nadir Həbibullahzadə, Solmaz Mustafayeva, Arzu Şamilova
Atası Əliyev Yusif
Anası Əliyeva Hənifə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İxtisası sənaye və mülki tikinti üzrə inşaatçı mühəndis
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft Sənayesi İnstitutu və Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu (1950–1955)

Haqqında məlumatlarRedaktə

16 fevral 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1940 – 1950-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1950 – 1955-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft Sənayesi İnstitutunda və Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda[1] təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1956-cı ildə Nuxa şəhər sovetində Dövlət Tikinti Memarlıq şöbəsində baş nəzarətçi (qoskontrol), eyni zamanda 10 nömrəli məktəbdə rəsmxət müəllimi,

1957 – 1962-ci illərdə Nuxa şəhərinin baş memarı,

1962 – 1966-cı illərdə əvvəl Nuxa şəhər 5 nömrəli tikinti idarəsində prorab, daha sonra isə baş mühəndis,

1968 – 1972-ci illərdə Şəki şəhər məişət xidməti kombinatının direktoru,

1972 – 1973-cü illərdə Şəki şəhər kommunal təsərrüfatı idarəsinin müdiri,

1973 – 1980-ci illərdə 55 nömrəli Şəki şəhər tikinti idarəsinin direktoru,

1980 – 1995-ci illər Şəki şəhər qaz-istismar kontorunun rəisi vəzifəsində çalışıb.

1995-ci ildən əmək təqaüdündə idi.

İctimai fəaliyyətiRedaktə

1957-ci ildə Nuxa şəhər Sovetinə deputat seçilib.

VəfatıRedaktə

7 noyabr 2021-ci il tarixdə – 88 yaşında, Şəkidə vəfat edib.

AiləsiRedaktə

Ailəli idi, 4 övladı, nəvə və nəticələri var.

QeydlərRedaktə

  1. 1955-ci ildə oxuduğu fakültə Politexnik İnstitutuna köçürülüb.