Nurəddin Mustafayev

Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Nurəddin Mustafayev
Mustafayev Nurəddin Elyaz oğlu
Nurəddin Mustafayev, 2019-cu il.
bayraqAzərbaycan KP MK, inspektorbayraq
 — 9 aprel 1980
bayraqAzərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibibayraq
9 aprel 1980 — 7 dekabr 1983
Sələfi Sadıq Murtuzayev
Xələfi Hadi Rəcəbli
bayraqAzərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibibayraq
7 dekabr 1983 — yanvar 1989
Sələfi Kamran Rəhimov
Xələfi Heydər İsayev
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1942 (1942-10-18) (81 yaş)
Doğum yeri Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Təhsili

 • K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı AkademiyasıMoskva Beynəlxalq Münasibətlər Universiteti (1963–1969)

 • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (1975–1976)
facebook səhifəsi

Nurəddin Mustafayev — Azərbaycan sovet partiya və dövlət xadimi; müxtəlif illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın büro üzvü, həmçinin, Azərbaycan SSR Ali Sovetinin, SSRİ Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

18 oktyabr 1942-ci il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunda anadan olub.

1947-ci ildə ailəsi ilə birlikdə Azərbaycan SSR-in Kirovabad (indiki Gəncə) şəhərinə köçüblər.

Təhsili[Vizual redaktə | HTML redaktə]

Kirovabad şəhər dəmir yol orta məktəbini qızıl medalla bitirib.

1963 – 1969-cu illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı AkademiyasındaMoskva Beynəlxalq Münasibətlər Universitetində,

1975 – 1976-cı illərdə isə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1980-cı ilədək Azərbaycan SSR Kənd təsərrüfatı Nazirliyində, Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan KP MK-da müxtəlif vəzifələrdə çalışıb.

1980 – 1983-cü illərdə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,

1983 – 1989-cu illərdə isə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi olub.

Digər[Vizual redaktə | HTML redaktə]

1983 – 1989-cu illərdə Azərbaycan KP MK-nın büro üzvü,

1980–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin,

1984 – 1989-cu illərdə isə həm SSRİ Ali Sovetinin və həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı olub.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Evlidir, 4 oğul, 1 qız atasıdır. 8 nəvəsi və 1 nəticəsi var.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.

Aidiyyəti linklər[Vizual redaktə | HTML redaktə]

Нахичеванский областной комитет КП(б) - КП Азербайджана.