Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Nuray İsrafilova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:30, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nuray İsrafilova
Nuray İsrafilova
Nuray İsrafilovanın şəkli Rusiya Federasiyasında nəşr olunan “Elle Girl” jurnalının üz qabığında (sentyabr, 2017)
Doğum tarixi 20 fevral 2011 (2011-02-20) (13 yaş)
Doğum yeri Flag of Russia.svg Rusiya, Kursk şəhəri
Vətəndaşlıq Flag of Russia.svg Rusiya
Milliyyəti azərbaycanlı
Təhsili Rusiya Federasiyası, Kursk şəhəri, 54 saylı orta məktəb

Nuray İsrafilova (İsrafilova Nuray Bayram qızı; d. 20 fevral 2011, Kursk, Rusiya Federasiyası) — Rusiya Federasiyasında idmanın bədii gimnastika növü üzrə ikinci dərəcəli Lauriat diplomuna layiq görülmüş azərbaycanlı qız.

Haqqında məlumatlar

2011-ci il fevralın 20-də Rusiya Federasiyasının Kursk şəhərində anadan olub. Həmin şəhərdə 54 saylı orta məktəbin III sinif şagirdidir (2020). Əla qiymətlərlə oxuduğu üçün Kursk şəhər Təhsil İdarəsinin və təhsil aldığı məktəbin həvəsləndirici mükafatlarını alıb, fəxri fərmanları ilə təltif edilib.

İdmanın bədii gimnastika növü ilə də ciddi məşğul olur, yarışlarda iştirak edib, medallara, o cümlədən, ikinci dərəcəli Lauriat diplomuna layiq görülüb.

Ailəsi

Valideynləri onun anadan olmasından bir neçə il əvvəl Azərbaycanın Şəki şəhərindən Kurs şəhərinə köçüb həmin şəhərdə məskunlaşmışdılar.

  • Atası: İsrafilov Bayram Allahyar oğlu 1988-ci ildə Şəki şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra Kursk Politexnik İnstitutuna daxil olmuş və inşaat mühəndisi ixtisasına yiyəlınmişdir. Kursk şəhər Tikinti Trestində Baş mühəndis vəzifəsində çalışır (2020).
  • Anası: İsrafilova Bahar Ələddin qızı Şəki şəhər 11 saylı orta məktəbi bitirdikdən sonra Şəki Müsiqi Texnikumunda təhsil alıb.

Şablon:Yaxşı məqalə