Nuri Berköz: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
k (Aydinsalis Mehmet Berköz səhifəsinin adını Məhəmmədnuru Bərköz olaraq dəyişdi.)
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Kateqoriya:M]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]]{{Hərbi xadim
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]]{{Hərbi xadim
|Adı                  = Mahmud Sarıkərimli
|Adı                  = Məhəmmədnuru Bərköz
|Orijinal adı        = Mahmud Bərköz
|Orijinal adı        = Bərköz Məhəmmədnuru Hacı İlyas oğlu Sarıkərimli <br/>{{dil-tr|Mehmet Nuri Berköz}}
|Şəkil                = Mahmud Sarıkərimli.jpg
|Şəkil                = Mahmud Sarıkərimli.jpg
|Şəkil miqyası        = 260
|Şəkil miqyası        =  
|Şəkil məlumat        =  
|Şəkil məlumat        = Məhəmmədnuru Bərköz
|Həyat dövrü          =
|Həyat dövrü          =
|Ləqəbi              =
|Ləqəbi              =
|Təxəllüs            =  
|Təxəllüs            =  
|Doğum tarixi        = {{Doğum_tarixi|1889||}}
|Doğum tarixi        = {{Doğum_tarixi|1889||}}
|Doğum yeri          = [[Şəki]] [[Rusiya imperiyası]]
|Doğum yeri          = [[Nuxa]] (indiki Şəki), [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{Rusİmp}}
|Vəfatı              = {{Vəfat_tarixi|1975||}}
|Vəfatı              = {{Vəfat_tarixi|1975|1|16}}
|Vəfat yeri          = [[Türkiyə Respublikası]]
|Vəfat yeri          = {{TUR}}
|Vəfat səbəbi        =
|Vəfat səbəbi        =
|Vətəndaşlıq          = [[Türkiyə Respublikası]]
|Vətəndaşlıq          = {{Rusİmp}}→{{Osm}}→{{TUR}}
|Mənsubiyyəti        = [[Türkiyə Silahlı Qüvvələri]]
|Mənsubiyyəti        = Türkiyə Silahlı Qüvvələri
|Atası                = Hacı İlyas Sarıkərimli  
|Atası                = Hacı İlyas Sarıkərimli  
|Anası                =
|Anası                =
Sətir 33: Sətir 33:
|Sayt                =  
|Sayt                =  
}}
}}
'''Mehmet Berköz (Sarıkərimli Mahmud Hacı İlyas oğlu )''' - əslən [[Şəki]]<nowiki/>dən olan [[Osmanlı İmperiyası|Osmanlı dövləti]]<nowiki/>nin və [[Türkiyə|Türkiyə Respublikası]]<nowiki/>nın tanınmış [[zabit]]<nowiki/>i, [[general-leytenant]], tanınmış hərbi xadim və [[Türkiyə İstiqlaliyyət müharibəsi]] iştirakçısı.<ref name=":0">[http://www.anl.az/down/meqale/azadliq/2013/iyul/317706.htm '''Türkiyənin hərb tarixinə adını yazdırmış iki qardaş''']</ref><ref>[http://www.kho.edu.tr/eng_about_tma/general_commanders_of_gendarmerie.html TMA GRADUATE GENERAL COMMANDERS OF GENDARMERIE]</ref><ref name=":1">[https://eksisozluk.com/nuri-berkoz--2953574 nuri berköz]</ref>
'''Mehmet Berköz ({{dil-tr|Mehmet Nuri Berköz}})''' - əslən [[Şəki]]<nowiki/>dən olan [[Osmanlı İmperiyası|Osmanlı dövləti]]<nowiki/>nin və [[Türkiyə|Türkiyə Respublikası]]<nowiki/>nın tanınmış [[zabit]]<nowiki/>i, [[general-leytenant]], tanınmış hərbi xadim və [[Türkiyə İstiqlaliyyət müharibəsi]] iştirakçısı.<ref name=":0">[http://www.anl.az/down/meqale/azadliq/2013/iyul/317706.htm '''Türkiyənin hərb tarixinə adını yazdırmış iki qardaş''']</ref><ref>[http://www.kho.edu.tr/eng_about_tma/general_commanders_of_gendarmerie.html TMA GRADUATE GENERAL COMMANDERS OF GENDARMERIE]</ref><ref name=":1">[https://eksisozluk.com/nuri-berkoz--2953574 nuri berköz]</ref>
== Həyatının ilk illəri ==
== Həyatının ilk illəri ==
1889-cu ildə [[Şəki]]də dünyaya dünyaya göz açmışdır. İbtidai təhsilini [[Şəki]]<nowiki/>dəki Rus-tatar məktəbində almışdır. İbtidai təhsilini başa vurduqdan sonra atası Hacı İlyas Sarıkərimli [[XX əsr]]<nowiki/>in əvvəllərində [[Osmanlı İmperiyası|Osmanlı dövləti]]<nowiki/>nə köçməyə qərar vermişdir. Ailənin [[Bursa]]<nowiki/>ya yerləşməsindən qısa müddət sonra Hacı İlyas Sarəkərimli vəfat etmişdir.<ref name=":0" />  
1889-cu ildə [[Şəki]]də dünyaya dünyaya göz açmışdır. İbtidai təhsilini [[Şəki]]<nowiki/>dəki Rus-tatar məktəbində almışdır. İbtidai təhsilini başa vurduqdan sonra atası Hacı İlyas Sarıkərimli [[XX əsr]]<nowiki/>in əvvəllərində [[Osmanlı İmperiyası|Osmanlı dövləti]]<nowiki/>nə köçməyə qərar vermişdir. Ailənin [[Bursa]]<nowiki/>ya yerləşməsindən qısa müddət sonra Hacı İlyas Sarəkərimli vəfat etmişdir.<ref name=":0" />  
Sətir 95: Sətir 95:
* [https://web.archive.org/web/20161017215944/http://adam.az/index.php?option=com_sobi2&sobi2Task=sobi2Details&sobi2Id=1552&Itemid=63 Sina Bərköz] {{az}}
* [https://web.archive.org/web/20161017215944/http://adam.az/index.php?option=com_sobi2&sobi2Task=sobi2Details&sobi2Id=1552&Itemid=63 Sina Bərköz] {{az}}


==Ədəbiyyat==
* {{AME|6|596-597|Bərköz Məhəmməd Nuri Hacı ismayıl oğlu Sarıkərimli}}


[[az:Məhəmməd Sarıkərimli]][[en Nuri Berköz]][[ru:Сарыкеримли, Мухаммед Нури Гаджи Ильяс оглы]][[tr:Nuri Berköz]]
[[az:Məhəmməd Sarıkərimli]][[en Nuri Berköz]][[ru:Сарыкеримли, Мухаммед Нури Гаджи Ильяс оглы]][[tr:Nuri Berköz]]

16:15, 30 oktyabr 2021 versiyası

Məhəmmədnuru Bərköz
Bərköz Məhəmmədnuru Hacı İlyas oğlu Sarıkərimli
türk.: Mehmet Nuri Berköz
Məhəmmədnuru Bərköz
Məhəmmədnuru Bərköz
Doğum tarixi 1889(1889-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 16 yanvar 1975(1975-01-16)
Vəfat yeri Türkiyə
Vətəndaşlıq Rusiya İmperiyası Osmanlı dövləti→ Türkiyə
Mənsubiyyəti Türkiyə Silahlı Qüvvələri
Uşağı Beliğ Bərköz
Atası Hacı İlyas Sarıkərimli
Həyat yoldaşı Rəidə Berköz
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 1912-1951
Rütbə General-leytenant
Komandanlıq edib Jandarma qoşunları
Vəzifəsi Jandarma komandanı
Döyüşlər I Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Təltifləri Müharibə medalı
Gümüş medal
Yararlılıq medalı
İstiqlaliyyət medalı

Mehmet Berköz (türk.: Mehmet Nuri Berköz) - əslən Şəkidən olan Osmanlı dövlətinin və Türkiyə Respublikasının tanınmış zabiti, general-leytenant, tanınmış hərbi xadim və Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı.[1][2][3]

Həyatının ilk illəri

1889-cu ildə Şəkidə dünyaya dünyaya göz açmışdır. İbtidai təhsilini Şəkidəki Rus-tatar məktəbində almışdır. İbtidai təhsilini başa vurduqdan sonra atası Hacı İlyas Sarıkərimli XX əsrin əvvəllərində Osmanlı dövlətinə köçməyə qərar vermişdir. Ailənin Bursaya yerləşməsindən qısa müddət sonra Hacı İlyas Sarəkərimli vəfat etmişdir.[1]

Təhsili

O və qardaşı Bursaya yerləşdikdən sonra Bursadakı Hərbi liseyə qəbul olmuş, buradakı təhsillərini başa vurduqdan sonra Bursa Ali Hərbi Məktəbinə (bu günki Işıklar Hərbi Hava Qüvvələri Ali Məktəbi) qəbul olmuşdur. 1909-cu ildə buradakı təhsilini də başa vuraraq Osmanlı Hərb Akademiyasına qəbul olmuşdur. 1912-ci ildə buranı bitirərək leytenant rütbəsi ilə Osmanlı ordusu sıralarında hərbi xidmətə başlamışdır.[3]

Hərbi karyerası

Birinci Dünya müharibəsindən əvvəl

1912-ci ilin mart ayında leytenant olaraq əvvəlcə Vanda XI Ordu korpusu, XXXIII tümən, 97-ci alay, I tabor, II bölüyün tağım komandanlığına təyin edilmiş, 1913-cü ilin aprelində isə Vandakı 52-ci alayın birinci bölüyünə təyin edilərək, gerilla döyüşü təşkil etməsi və rus ordusunun analiz edilməsi üçün qısa bir müddətlik Cənubi Azərbaycana göndərilmişdir.[4]

1913-cü ilin iyul ayında yenidən Osmanlı dövlətinə geri dönməsindən sonra baş leytenant rütbəsinə qaldırılmışdır.[5][5]

Birinci Dünya müharibəsi

1916-cı ilə qədər 33-cü tümən komandanı general Qalatalı Şövkətın əmr zabiti olaraq Sarıqamış əməliyyatına qatılmışdır. 11 iyul 1916-cı ildən 12 fevral 1917-ci il tarixinə qədər Ərzurumda II Qafqaz ordu korpusunun bütün cəbhə döyüşlərində iştirak etmişdir.

1917-ci ilin mart ayında İstanbulda Ənvər paşanın qərərgahında kəşfiyyat şöbəsinə (Təşkilat-i Mahsusa) təyin edilmişdir. Burada qısa bir müddət işlədikdən sonra gizli pasportla bir il StokholmKopenhagendə, daha sonra da PeterburqMoskvada kəşfiyyat tapşırıqlarında xidmət etmişdir.

Bu dövrlərdə türk hərbi əsirlərin rus müharibə əsirləri ilə dəyişilməsi üçün Hilal-i Əhmar (Qırmızı Aypara)Cəmiyyətinə üzv olaraq Sankt-Peterburqa göndərilmişdir. Bu heyətin rəhbəri isə türk siyasi düşüncə tarixinin görkəmli simalarından Yusif Akçura (əslən Kazan tatarı) olmuşdur. I Dünya müharibəsinin sonlarına yaxın mayor rütbəsinə qaldırılmışdır.[6]

Müharibədən sonra

1918-ci ildə müharibənin bitməsindən sonra Türkiyəyə dönərək 24 oktyabr 1919-cu il tarixində Hərbi Akademiyaya girmişdir. Bir illik təhsildən sonra 18 may 1921-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsinə qatılmaq üçün Anadoluya keçmişdir.

Türkiyə İstiqlaliyyət müharibəsi

İlk əvvəllər Baş Qərərgah Şərq İşləri müdirlüyünü, 1921-ci ilin noyabr ayından 1921-cü ilə qədər də Qərb cəbhəsi qərərgahında III şöbənin müdirliyini etmişdir. Bundan əlavə müharibə zamanı marşal Fevzi Çaxmaqın rus dili üzrə tərcüməçisi olaraq da xidmət etmişdir.

Türkiyə Respublikası zamanı

Müharibənin bitməsindən sonra 1921-cü ildə digər sinif yoldaşları ilə birlikdə Hərbi Akademiyadakı təhsilinə davam etmişdir. 1925-ci ildə akademiyanı bitirmişdir. Bundan sonra İzmir Mövqe Komandanlığının Kəşfiyyat şöbəsinin müdiri təyin edilmişdir. 1927-ci ildə Ankarada Milli Təhlükəsizlik Xidməti müdirliyinə təyin edilmişdir. 1929-cu ildə 189-cu Alayın II Tabor komandanlığını etmişdir. 30 avqust 1930-cu ildə polkovnik-leytenant rütbəsinə qaldırılmış və Baş Qərərgahın Kəşfiyyat şöbəsinin müdiri təyin edilmişdir.

Millətlər Cəmiyyətinin nizamnaməsinin VIII maddəsinə əsasən 2 fevral 1932-ci il tarixində Cenevrədə toplanan Silahsızlanma Konfransına dəvət edilən türk heyətinə Baş Qərərgah Rəisliyi tərəfindən hərbi ekspert olaraq qatılmışdır.[1]

30 avqust 1933-cü il tarixində polkovnik rütbəsinə qaldırılmışdır. 1933-cü ilin oktyabr ayında Cümhuriyyətin 10-cu ildönümü mərasimlərinə qatılan və aralarında marşal Kliment Voroşilov, marşal Semyon Budyonni, SSRİ xarici işlər nazirinin köməkçisi Lev Mixayloviç Karahan, SSRİ-nin Ankaradakı keçmiş səfiri Semyon Aralov, SSRİ təhsil naziri Bubnov, təhsil nazirinin köməkçisi Krijanovskinin yer aldığı Sovet heyətinə mehmandar olaraq təyin edilmişdir.

1933-1935-ci illərdə Ehtiyyat Zabit Məktəbi komandanlığına təyin edilmişdir. 1935-ci ildə Kiyev təlimlərinə dəvət edilən ordu generalı Fəxrəddin Altayın rəhb ərliyindəki hərbi heyətin qərərgah rəisi olmuşdur.

1936-cı ildə Moskvaya Türkiyənin hərbi ateşesi təyin edilmişdir. Burada bir il xidmət etdikdən sonra 1937-ci ildə Trabzon Piyada Alayının komandanlığına, 1938-ci ildə İstanbul Maltəpə Piyada Atıcılıq Məktəbinin komandanlığına, 30 avqust 1939-cu ildə də Sivasda və İslahiyədə briqada komandanlığına təyin edilmişdir.

1939-cu ilin 30 avqustunda briqada generalı rütbəsinə, 30 avqust 1941-ci ildə general-mayor rütbəsinə qaldırılmışdır. Bu müddət ərzində Şərqi Bəyaziddə 53-cü sərhəd qoşunlarının komandanlığını, 1943-cü ildə Bornovada 57-ci tümən komandanlığına, 1945-ci ildə İzmirdə 12-ci ordu korpusu komandanlığına təyin edilmişdir. 1946-cı ilin 30 avqust tarixində general-leytenant rütbəsinə qaldırılmışdır.

ABŞ Hərbi Nazirinin müavini Vilyam Draper, Xarici İşlər Nazirinin müavini Frank Visner və ABŞ Baş Qərargah Heyəti Planlar və Hərəkat şöbəsinin müdiri general-polkovnik Albert Redemayerlə müxtəlif görüşlərə qatılanlar arasında general Mahmud Bərköz və qardaşı general Mehmet Bərköz də vardı. 6 aprel 1949-da ABŞ-ın yüksək rütbəli hərbiçilərinin Ankaraya ikinci səfəri zamanı Türkiyədə nümayəndə heyətini qarşılamağa general Mahmud Bərköz, və qardaşı general Mehmet Bərközə həvalə edilmişdir.[1]

1947-ci ildə Baş Qərərgah Rəisliyinin Əməliyyat Yarbaşqanlığına, 1949-cu ildə Jandarma Ümumi Komandanlığına təyin edilmişdir.

1950-ci ilin iyununda təqaüdə ayrılmışdır. Ancaq bir həftədən sonra, 13 iyunda o daha önəmli bir vəzifə olan olan Milli Təhlükəsizlik Təşkilatının Baş katibi təyin edilir. Mahmud Bərköz 6 sentyabr 1951-də bu vəzifədən öz istəyi ilə təqaüdə çıxır.[7]

Ailəsi

Bu məşhur generalın həyat yoldaşı Türk ordusunun general olmuş Mustafa Kərəmin qızı Rəidə xanım idi. Həyat yoldaşı öz xatirələrində yazırdı:[1]

Məhəmməd qeyri-adi insan idi. O yalnız savaşmaq ücün doğulmuşdu. Harada savaş var idisə Məhəmməd da orada idi. Amma uşaqlarını hərbiçi kimi görmək istəmirdi Mahmud.

Məhəmməd Bərközün oğlu Sina Bərköz dünya üzrə məşhur memarprofessordur.

Məhəmməd Bərközün qardaşı oğlu Bəliğ Bərköz ABŞ-da yaşayıb. Professor Bəliğ Bərköz ABŞ-dakı türk dərnəklərinin ümumi başqanı olub. Türkiyə-ABŞ münasibətlərinin tənzimləməsində onun xidmətləri əvəssiz olub. Kaliforniya Universitetinin professor olan Bəliğ bəy 2001-ci ildə vəfat edib.


Mahmud Sarıkərimlinin qardaşı oğlu Sina Bərköz məşhur memar və professordur.[8]

Şəxsiyyəti

Mükəmməl rusca ilə yanaşı Mahmud Sarıkərimli, fransızca və bir qədər də İsveç dilini bilmişdir. Tarix, rus ədəbiyyatıtürk dilləri ilə dərindən maraqlanmışdır. Türk dillərinə olan marağına görə Türk Dil Qurumu tərəfindən Eduard Pekarskinin Yakutca-Rusca lüğətinin türkcəyə tərcüməsi üçün yaradılan komitəyə dəvət edilmişdir. Ruscadan türkcəyə bir necə hərb elminə aid olan kitabı tərcümə etmişdir. Bundan əlavə hərb elminə və strategiyaya aid məqalələr yazmışdır.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Ədəbiyyat