Nuri Berköz

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 18:00, 30 oktyabr 2021 tarixli redaktə
Məhəmmədnuru Bərköz
Bərköz Məhəmmədnuru Hacı İlyas oğlu Sarıkərimli
türk.: Mehmet Nuri Berköz
Məhəmmədnuru Bərköz
Məhəmmədnuru Bərköz
Doğum tarixi 1889(1889-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 16 yanvar 1975 (86 yaşında)
Vəfat yeri Türkiyə
Vətəndaşlıq Rusiya İmperiyası Osmanlı dövləti→ Türkiyə
Mənsubiyyəti Türkiyə Silahlı Qüvvələri
Atası Hacı İlyas Sarıkərimli
Həyat yoldaşı Ulviye Berköz
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları, Türkiyə
Xidmət illəri 1912-1951
Rütbə general-polkovnik

Mehmet Berköz (1889–1975) — tanınmış türk hərbi xadimi, Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki. Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki Mahmud Bərközün qardaşıdır.

Haqqında məlumatlar

1889-cu ildə Nuxada (indiki Şəki) anadan olub.

1905-ci ildə ailəsi ilə Türkiyəyə köçüb.

Təhsili

1905-ci ilədək Nuxa rus-tatar məktəbində və Nuxa gimnaziyasında təhsil alıb.

1905-ci ildən sonra Bursa hərbi məktəbini (Rüşdiyyə) və “İşıqlar” hərbi liseyini bitirib.

1909 – 1912-ci illərdə İstanbul hərbi akademiyasında təhsil alıb.

1919 – 1925-ci illərdə fasilə ilə Osmanlı ordusunun Baş Qərargah Akademiyasında təhsil alıb.

Hərbçi və əmək fəaliyyəti

1915-ci ildə xüsusi tapşırıqla Türkiyədən Şimali İrana,

1916-cı ildə Danımarka və İsveçə göndərilib.

1917-ci ildə Osmanlı hərbi heyəti tərkibində isə Rusiyaya göndərilib. Rusiyada Birinci dünya müharibəsində əsir düşmüş türk zabit və əsgərlərinin yerini müəyyən etmək və onları rus hərbiçiləri ilə dəyişərək Türkiyəyə göndərməklə məşğul olub.

1927-ci ildən Ankara Milli Təhlükəsizlik Kəşfiyyat şöbəsinin

1930-cu ildən Ankara Baş Qərargah Kəşfiyyat şöbəsinin müdiri,

1936 – 1937 illərdə Türkiyənin Moskvadakı hərbi attaşesi vəzifəsində çalışıb.

İkinci dünya müharibəsi illərində Türkiyənin SSRİ ilə sərhəd zonasında yerləşən diviziyalar qrupunun komandanı,

1947-ci ildən Türkiyə Hərbi Qüvvələri Baş qərargah rəisinin əməliyyat məsələləri üzrə müavini,

1949-cu ildən Türkiyə jandarmeriyasının baş komandanı olub.

1950-ci ilin iyulunda Türkiyədə keçirilən hərbi islahatlar nəticəsində istefaya göndərilib.

Hərbi rütbələri

1925-ci ildə mayor,

1930 ildə роlkovnik,

1939-cu ildə ildə general-mayor,

1941 ildə isə general-leytanant,

1946-cı ildə general-polkovnik rütbəsi alıb.

Təltif və mükafatları

  • “İstiqlal medalı” (Türkiyə);
  • “Gümüş Ləyaqət Ordeni” (Türkiyə).

Digər

Rus, fransız və isveç dillərini bilirdi.

1933 ildə Türkiyəyə səfər etmiş sovet nümayəndə heyəti ilə keçirilən danışıqlarda Atatürkün tərcüməçisi olub.

Hərb taktikası və tarixinə dair bir sıra kitabı türkcəyə tərcümə edib. Hərbi, siyası və strateli məsələlərə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir.

Vəfatı

16 yanvar 1975-ci il tarixdə – 86 yaşında, İstanbulda vəfat edib.

Ədəbiyyat