Nurməmməd Məmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 12:04, 4 noyabr 2021 tarixli redaktə
Nurməmməd Məmmədov
Məmmədov Nurməmməd Yaşar oğlu
Nurməmməd Məmmədov
Nurməmməd Məmmədov ANS televiziyasının “İqtisadi forum” verilişində çıxış edərkən (11.12.2011)
Doğum tarixi 7 sentyabr 1951(1951-09-07) (70 yaş)
Doğum yeri Baş Zəyzid, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Elmi dərəcəsi memarlıq elmləri namizədi
Elmi adı professor
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (1968–1973)

Nurməmməd Məmmədov — memarlıq elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetin professoru və mühəndis sistemləri və qurğuları kafedrasının müdiri, universitetin elmi şurasının və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-Texniki Şurasının üzvü.

Haqqında məlumatlar

7 sentyabr 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonu Baş Zəyzid kəndində anadan olub.

Təhsili

1958 – 1966-cı illərdə Baş Zəyzid kənd səkkizillik məktəbində,

1966 – 1968-ci illlərdə Orta Zəyzid kənd orta məktəbində

1968 – 1973-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

1985-ci ildə V.V.Kuybişev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış Elmi Şurada “İqlim göstəricilərinə görə qaz tələbatı reyimlərinin proqnoz edilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alıb.

2016-ci ildə professor elmi adını alıb.

80-dən çox elmi əsərin, o cümlədən 5 dərsliyin, 4 dərs vəsaitinin, 14 metodik vəsaitin müəllifidir. Rəhbərliyi altında dörd nəfər namizədlik dissertasiyası müdafiə edib.

Əmək fəaliyyəti

1973 – 1975-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun,

1975 – 1977-ci illərdə, yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun birləşmiş qazanxanasının növbə rəisi vəzifəsində işləyib.

22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İstilik-qaz təchizatı və ventilyasiya kafedrasında assistent vəzifəsinə seçilib.

1993-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin istilik-qaz təchizatı və ventilyasiya kafedrasında əvvəlcə baş müəllim, sonra isə dosent,

1994 – 2001-ci illərdə sanitariya texnikası fakültəsinin dekanı və istilik-qaz təchizatı və ventilyasiya kafedrasının dosenti,

2001 – 2013-cü illərdə istilik-qaz təchizatı və ventilyasiya kafedrasının dosenti,

2013-cü ilin may ayından ictimai əsaslarla həmin kafedranın müdir əvəzi vəzifəsində çalışıb.

2014-cü ilin mart ayında müsabiqə yolu ilə istilik-qaz təchizatı və ventilyasiya kafedrasına müdir vəzifəsinə seçilib.

2016-cı ilin sentyabr ayından yeni yaradılan mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiridir.

Ailəsi

Ailəlidir, iki övladı və dörd nəvəsi var.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Məmmədov Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 396-397. — 1.000 nüsx.
  2. Miriyev A. Günəş enerjisindən istifadənin yeni layihəsi hazırlanıb // Palitra : qəzet. — Bakı, 2009. — В. 23 dekabr. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 noyabr 2021.