Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Nurməmməd Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:53, 16 sentyabr 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nurməmməd Məmmədov
Məmmədov Nurməmməd Yaşar oğlu
Nurməmməd Məmmədov
Nurməmməd Məmmədov.
Doğum tarixi 7 sentyabr 1951 (1951-09-07) (73 yaş)
Doğum yeri Baş Zəyzid, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı professor
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi, istilik-qaz təchizatı və ventilyasiya ixtisası (1968–1973)
Həyat yoldaşı Məmmədova Məlahət Əziz qızı
Evladları Qabiyeva (Məmmədova) Nigar və Məmmədov Vüqar
facebook səhifəsi

Nurməmməd Məmmədov — texnika elmləri namizədi, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis sistemləri və qurğuları kafedrasının müdiri.

Haqqında məlumatlar

7 sentyabr 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Zəyzid kəndində anadan olub.

Təhsili

1958 – 1966-cı illərdə Baş Zəyzid kənd səkkizillik məktəbində,

1966 – 1968-ci illərdə Orta Zəyzid kənd orta məktəbində

1968 – 1973-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

1985-ci ilin may ayında V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunda (indiki Moskva Dövlət İnşaat Universiteti) “İqlim göstəricilərinə görə qaz tələbatı rejimlərinin proqnoz edilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.

1991-ci ildə dosent,

2024-cü ildə isə professor elmi adını alıb.

Dünyanın bir sıra ölkələrində (Türkiyə, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və s.) enerji səmərəliliyinə həsr olunmuş beynəlxalq seminar və konfranslarda məruzələrlə çıxış edib.

Yerli və nüfuzlu beynəlxalq jurnallarda çap olunmuş 210 elmi əsərin, o cümlədən 9 dərslik və 12 dərs vəsaitinin müəllifidir.

Əmək fəaliyyəti

1973 – 1975-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun,

1975 – 1977-ci illərdə, yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun birləşmiş qazanxanasının növbə rəisi vəzifəsində işləyib.

22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun istilik-qaz təchizatı və ventilyasiya kafedrasında assistent vəzifəsinə seçilib.

1993 – 2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin istilik-qaz təchizatı və ventilyasiya kafedrasında əvvəlcə baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.

1994 – 2001-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sanitariya texnikası fakültəsinin dekanı olub.

2013-cü ilin may ayından istilik-qaz təchizatı və ventilyasiya kafedrasının ictimai əsaslarla müdir əvəzi vəzifəsində çalışıb.

2014-cü ilin mart ayında müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilib.

2016-cı ilin sentyabr ayından yeni yaradılan mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiridir.

Digər

BMT-nin enerji səmərəliliyi və alternativ bərpa olunan enerji mənbələri üzrə milli ekspertidir.

Azərbaycanda enerji səmərəliliyi və enerji auditi sahəsində yerinə yetirilən 5 beynəlxalq layihənin koordinatoru və icraçısı olub.

Azərbaycan Respublikası Energetika Nazirliyinin Elmi şurasının üzvüdür.

Beynəlxalq Ekoenergetika və Beynəlxalq Kadrlar Akademiyalarının professorudur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi şurasının və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-Texniki Şurasının üzvüdür.

Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasinin (Rusiya, Sankt-Peterburq) akademikidir.

Ailəsi

Ailəlidir. İki övladı və altı nəvəsi var.

Həyat yoldaşı: Məmmədova Məlahət Əziz qızı Azərbaycan Texniki Universitetinin baş müəllimidir.
Qızı: Qabiyeva (Məmmədova) Nigar tibb üzrə fəlsəfə doktorudur və Almaniyada həkim-kardioloq olaraq fəaliyyət göstərir.
Oğlu: Məmmədov Vüqar Azərbaycan Memarlıq və İnşaat Universitetinin iqtisadiyyat fakültəsini bakalavr və magistratura pillələri üzrə bitirib. Sahibkardır. “VISKond” MMC-nin direktorudur. Azərbaycanda xüsusi təyinatlı binaların layihələndirilməsi və tikinti-quraşdırma işləri sahəsində aparıcı mütəxəssislərdən biri hesab olunur.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Məmmədov Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 396-397. — 1.000 nüsx.
  2. Miriyev A. Günəş enerjisindən istifadənin yeni layihəsi hazırlanıb // Palitra : qəzet. — Bakı, 2009. — В. 23 dekabr. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 noyabr 2021.

Videolar

Həmçinin, bax: