Nuxa rayon və şəhər sovetlərinin deputatları (1965)

Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (Səhifəni 'kateqoriya:Əd.[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Kateqoriya:Şəkinin tarixinə dair materiallar Fayl:Logo26.png|200px|right|''Şəki Ensiklopediyasını...' ilə yarat) tərəfindən edilmiş 20:16, 2 yanvar 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Şəki Ensiklopediyasının kiçik loqosu
Şəki Ensiklopediyasının kiçik loqosu

11 yanvar 1948-ci il tarixdə keçirilmiş Nuxa rayon və şəhər sovetlərinə seçkilərdə 55 nəfər Nuxa rayon Sovetinin (bax: ), 85 nəfər Nuxa şəhər Sovetinin (bax: ), o cümlədən, 4 nəfər (Mustafa Qədimov, Umud Süleymanov, Qədir ƏhmədovYunus Məmmədov) həm rayon, həm də şəhər sovetinin deputatı seçilmişdir.

Rayon Sovetinə seçilmiş deputatlar

(“Nuxa fəhləsi” qəzetindən[1])

Rayon zəhmətkeş deputatları sovetinin sessiyası

(“Nuxa fəhləsi” qəzetindən, ixtisarla[2])

Yanvarın 28-də səhiyyə maarifi evində Nuxa Zəhmətkeş deputatları rayon Sovetinin birinci sessiyası olmuşdur. Sessiyanı deputat B.Mustafayev yoldaş açaraq yanvarın 11-də rayon zəhmətkeşlərinin seçkilərdə böyük siyasi fəallıqla iştirak etdiklərindən danışmışdır.

Sessiya deputat M.Salehli yoldaşı iclasın sədri və M.Həmidova yoldaşı katibi seçdikdən sonra, gündəlik qəbul edərək onun müzakirəsinə keçdi...

Sessiya rayon icraiyyə komitəsinin heyətini 11 nəfərdən ibarət seçdi. Rayon soveti icraiyyə komitəsinin sədrliyinə deputat Yunus Məmmədov, sədr müavinliyinə Qurban Hüseynov və katibliyinə Minayə Həmidova yoldaşlar seçildilər. Sonra icraiyyə komitəsinin kənd təsərrüfat şöbəsi müdirliyinə H.Əbdürrəhimov, maarif şöbəsi müdirliyinə M.Cabbarzadə, maliyyə şöbəsi müdirliyinə A.Nəcəfov, ticarət şöbəsi müdirliyinə Ə.İbrahimov, səhiyyə şöbəsi müdirliyinə C.Kərimov, ictimai-təminat şöbəsi müdirliyinə S.Məmmədova, ümumi şöbə müdirliyinə R.Mustafayev, yerli yol şöbəsi müdirliyinə S.Muradov, mədəni-maarif şöbəsi müdirliyinə C.Ramazanov, plan komisyonu sədrliyinə Ə.Ələkbərov, rayon sənaye kombinatı direktorluğuna Ü.Qəhrəmanov yoldaşlar təsdiq edildilər.

Daha sonra sessiya icraiyyə komitəsi yanında daimi komisyonlar yaradılması məsələsini müzakirə edərək, 7 daimi komisyon seçmişdir. Büdcə komisyonu sədrliyinə F.Hacıyev, kənd təsərrüfat komisyonu sədrliyinə B.Mustafayev, maarif və mədəni-maarif komisyonu sədrliyinə M.Salehli, səhiyyə komisyonu sədrliyinə Ə.Məmmədov, ticarət komisyonu sədrliyinə A.Nəcəfov, sənaye komisyonu sədrliyinə Ə.Həmidov, yol-abadanlıq komisyonu sədrliyinə H.Əbdürrəhimov yoldaşlar seçildi.

Nuxa şəhər Sovetinə seçilmiş deputatlar

  1. Paşayev Məmmədiyə İsmayıl oğlu, 1 nömrəli məktəbdə müəllim
  2. Mahmudova Züleyxaxanım Mahmud qızı, mətbəədə fəhlə
  3. Məmmədova Əliyyə Əlibala qızı, 3 nömrəli fabrikdə fəhlə
  4. Həmidov Telman Məmməd oğlu, məişət xidməti kombinatında fəhlə
  5. Əsgərova Ədalət İbadullah qızı, yeyinti sənaye kombinatında fəhlə
  6. Məmmədova Nəcibə Ağabala qızı, 3 nömrəli fabrikdə fəhlə
  7. Mustafayev Dursun Umar oğlu, yol-istismar idarəsində fəhlə
  8. Əbdürrəhmanova Lətafət Əli qızı, 3 nömrəli fabrikdə briqadir
  9. Hidayətzadə Əhmədiyə Yəhya oğlu, 3 nömrəli fabrikin direktoru
  10. Konovalova Zoya Stepanovna, 3 nömrəli fabrikdə fəhlə
  11. Hüseynov Şahid Mahmud oğlu, 3 nömrəli fabrikdə çilingər
  12. Haqverdiyeva Gülarə Səməd qızı, uşaq xəstəxanasında həkim
  13. Rüstəmova Mehri Bəkir qızı, doğum evində mama
  14. Babayeva Aminə Cabbar qızı, pedaqoji məktəbin direktoru
  15. İsmayılov Fərrux Cabbar oğlu, siyasi maarif kabinəsinin müdiri
  16. Məmmədova Cəmilə Həsən qızı, Nakam adına mərkəzi kitabxananın müdiri
  17. Cəfərova Mənsurə Məmmədqasım qızı, şəhər 4 nömrəli məktəbin direktoru
  18. Lətifova Zivər Cəlil qızı, Nuxa ticarətində satıcı
  19. Əsgərov Ələsgər bağır oğlu, təmir-tikinti sahəsində dülgər
  20. İbrahimova Xalidə Yaqub qızı, ipək kombinatı partiya komitəsinin katibi
  21. Ələkbərov Hüseyn Ələsgər oğlu, 55 nömrəli tikinti idarəsinin rəisi
  22. Mustafayevaq Ceyran Baxış qızı, 3 nömrəli fabrikdə baramaaçan
  23. Əfəndiyev Rauf Əhəd oğlu, elektrik şəbəkəsi idarəsində fəhlə
  24. Əfəndiyev Məmmədiyə İbrahim oğlu, təqaüdçü müəllim
  25. Musayev Vahid Abbasəli oğlu, avtobazada çilingər
  26. Əfəndiyev Sabir Tahir oğlu, şəhər partiya komitəsi ideoloji şöbəsinin müdiri
  27. Süleymanova Əqidə Əhməd qızı, ipək kombinatının toxucu istehsalatında texnoloq
  28. Abdullayev Abid Allahverdi oğlu, 55 nömrəli tikinti idarəsində bənna
  29. Süleymanov Namiq Musa oğlu, şəhər komsomol komitəsinin katibi
  30. Qasımova Məlakə Əhməd qızı, ictimai təminat şöbəsinin müdiri
  31. Məmmədova Səyyarə Əhməd qızı, Nuxa ticarətində satıcı
  32. İbrahimxəlilova Kişvər Yusif qızı, ipək kombinatında fəhlə
  33. Rəcəbova Solmaz Novruz qızı, ipək kombinatında toxucu
  34. Əlirzayeva Rəqiyyə Nəsir qızı, ipək-sınaq laboratoriyasında laborant
  35. Qaffarov Şahid İsmayıl oğlu, toxucu-trikotaj fabrikində fəhlə
  36. Həmidova Münəvvər Rəcəb qızı, 17 nömrəli uşaq bağçasının müdiri
  37. Hüseynov Vahid Məmməd oğlu, tikinti-təmir sahəsində bənna
  38. Həmidov İzzət Atakişi oğlu, şəhər partiya komitəsinin katibi
  39. Əfəndiyev Rəmzi Rəsul oğlu, Nuxa ticarətinin direktoru
  40. Əlimzadə Ramiz Musa oğlu, «Azərkəndtexnika» birliyi rayon şöbəsində mühəndis
  41. Lətifov Aleksandr Baxşəli oğlu, ipək kombinatında fəhlə
  42. Xudiyev Muxtar Musa oğlu, şəhər hərbi komissarı
  43. Ovanesyan Arfeniya Minas qızı, kommunal-məişət müəssisələri işçiləri həmkarlar ittifaqı rayon komitəsinin sədri
  44. Əmirova Xanım Natiq qızı, ipək kombinatında toxucu
  45. İdrisov Adil Tacəddin oğlu, ət kombinatında fəhlə
  46. Mikayılov Tofiq Hətəm oğlu, şəhər sovetinin katibi
  47. Yusifova Güləngiz Zəkəriyyə qızı, ipək kombinatında burucu
  48. Məmmədova Lətafət Rəsul qızı, məişət xidməti kombinatının direktoru
  49. Makeyeva Valentina Vasilyevna, ipək kombinatında texnoloq
  50. Salahova Adilə Məmməd qızı, ipək kombinatında toxucu
  51. Əbubəkirova Zərifə Rəcəb qızı, ipək kombinatında növbə ustası
  52. Rzayev Rüstəm Əhməd oğlu, ipək kombinatında usta köməkçisi
  53. Şəmiyev Bəxtiyar Hümmət oğlu, rabitə qovşağında poçtalyon
  54. Ryabova Nina Vasilyevna, ipək kombinatında toxucu
  55. Əliyeva Gülarə Muxtar qızı, 1 nömrəli baramaaçan istehsalatında fəhlə
  56. Salamov Şaban Yaqub oğlu, ipək kombinatının tikinti şöbəsində dülgər
  57. İsmayılova Barat Yaqub qızı, ipək kombinatında toxucu
  58. Əfəndiyev Tacəddin Abdurəhman oğlu, ipək kombinatının direktoru
  59. Əleydərova Zülayə Qurbanəli qızı, ipək kombinatının


Nuxa şəhər sovetinin birinci sessiyası

(“Nuxa fəhləsi” qəzetindən, ixtisarla[3])

Yanvarın 20-də səhiyyə maarifi evində ikinci çağırış Nuxa şəhər sovetinin 1-ci sessiyası olmuşdur. Sessiyanı ən qoca deputat Allahyar Əhmədov yoldaş açmışdır.

Nuxa şəhərinin abadlaşdırılması üzrə qarşıda duran vəzifələr haqqında deputat M.Qədimov yoldaş məruzə etmişdir.

Mandat komisyonu sədri deputat Quliyev yoldaşın məruzəsini eşitdikdən sonra sessiya təşkilat məsələlərini müzakirə etmişdir. Şəhər sovetinin icraiyyə komitəsinin heyətinə Mustafa Qədimov (sədr), Hüseyn Əkbərov (sədr müavini), Həmidə Əhmədova (katib), Qədir Əhmədov, Fərrux Həmidzadə, Məmməd Urduxanov, Rəsul Rəsullu, Minayə Şabanova, Nurməmməd Quliyev, İvan Markarov, Mustafa Cabbarzadə yoldaşlar seçilmişlər. Şəhər sovetinin kommunal təsərrüfat şöbəsi müdirliyinə Hüseyn Əkbərov, səhiyyə şöbəsi müdirliyinə Fərrux Həmidzadə, maarif şöbəsi müdirliyinə Minayə Yusivova, memarlıq şöbəsi müdirliyinə Tahir Abdullayev və kənd təsərrüfatı şöbəsi müdirliyinə deputat Yusif Fətəliyev yoldaşlar təsdiq edilmişlər.

Sessiya büdcə, sənaye, kommunal təsərrüfatı, səhiyyə, maarif və ticarət üzrə daimi komisyonları təşkil və təsdiq etmişdir. Büdcə üzrə daimi komisyonun sədrliyinə deputat Əliheydər Xəlilov, sənaye üzrə daimi komisyonun sədrliyinə deputat Allahyar Əhmədov, kommunal təsərrüfatı üzrə daimi komisyonun sədrliyinə deputat Nurməmməd Quliyev, səhiyyə üzrə daimi komisyonun sədrliyinə deputat Mirqasım Ocaqov, maarif üzrə daimi komisyonun sədrliyinə deputat Rəsul Rəsullu və ticarət üzrə daimi komisyonun sədrliyinə deputat İvan Markarov yoldaşlar seçilmişlər.

İstinadlar

Ədəbiyyat

  1. Rayon Sovetinə seçilmiş deputatlar = Рајон Советинә сечилмиш депутатлар // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 16 yanvar. — № 7 (4.066). — Səh. 1.
  2. Rayon zəhmətkeş deputatları sovetinin sessiyası = Район зәһмәткеш депутатлары Советинин сессиясы // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 30 yanvar. — № 13 (4.072). — Səh. 1.
  3. Nuxa şəhər Sovetinə seçilmiş deputatlar = Нуха шәһәр Советинә сечилмиш депутатлар // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 18 yanvar. — № 8 (4.067). — Səh. 1.
  4. Nuxa şəhər sovetinin birinci sessiyası = Нуха шәһәр Советинин биринҹи сессиясы // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 24 yanvar. — № 10 (4.069). — Səh. 1.

Həmçinin, bax: