Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Nüşabə Ələsgərli

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 16:26, 24 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nüşabə Hümmətova
Hümmətova Nüşabə Ələsgər qızı
Nüşabə Hümmətova
Nüşabə Ələsgərli.
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1967 (1967-12-21) (56 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→
Flag of Azerbaijan.svg Azərbaycan
Peşələri müğənni, aktrisa

Təhsili

Sumqayıt Musiqi Texnikumu (1982 – 1986)

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1986 – )
Elmi dərəcəsi sənətşünaslıq üzrə fəlsəfə doktoru
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2015
Commons-logo.svg Commonsda da Nüşabə Hümmətova ilə əlaqəli mediafayllar var

Nüşabə Ələsgərli (Hümmətova Nüşabə Ələsgər qızı) — tanınmış müğənni və aktrisa, musiqişünas və pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti.

Haqqında məlumatlar

21 dekabr 1967-ci il tarixdə Nuxada anadan olub. Ailəsi Nuxa rayonunun Baş Göynük kəndindən idi. 1976-cı ildə isə Şəkidən Sumqayıta köçüblər.

Təhsili

1974 – 1976-cı illərdə Şəki şəhər orta məktəbində,

1976 – 1982-cü illərdə Sumqayıt şəhər 26 №-li orta məktəbində oxuyub.

1971 – 1982-ci illərdə Sumqayıt şəhər 3 №-li musiqi məktəbinin fortepiano sinfində,

1982 – 1986-cı illərdə Sumqayıt Musiqi Texnikumunda təhsil alıb.

1991-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirib.

Əmək və yaradıcılıq fəaliyyəti

1990 – 1995-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor kollektivində işləyib. Ansamblında işləyərkən, eyni zamanda solo ifaçılıq karyerasına başlayıb. İlk dəfə 1994-cü ildə AzTv-nin Gənclik redaksiyasının çəkdiyi “Yeni il” gecəsində Cahangir Cahangirovun “Ay qız” mahnısı ilə solo olaraq efirə çıxmışdır.

1998-ci ildən Azərbaycan Teleradio şirkətində solist olaraq işləməyə başlayıb. Televiziyada çalışdığı dövrdə bir çox verilişlərdə, bayram proqramlarında, tamaşalarda çıxış edib.

2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyət göstərir.

Hal-hazırda (2020) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti

2018-ci ildə “Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri” adlı dissertasiyasını müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır[1].

Təltif və mükafatları

Ailəsi

1995-ci ildə ailə qurub. İki övladı var[3].

Filmoqrafiya

İstinadlar

  1. "Nüşabə Ələsgərli fəlsəfə üzrə elmlər doktoru oldu". manevr.az. 30 aprel 2018. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  2. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". prezident.az. 10 dekabr 2013. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  3. "Bu gün Azərbaycan Respublikasının əməkdar artisti, müğənni, gözəl və mehriban xanım Nüşabə Ələsgərlinin doğum günüdür". incesenet.az. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.

Ədəbiyyat

  1. Teymurqızı T. (16/04/20). "Vətən mənim içimdədir". https://azadaz.com/ (azərb.). Azadaz.com. 26 Dec 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə